
"OpenAI"dan sonra daha bir şirkət "Chrome" brauzerini almaq istəyir
"Perplexity" şirkətinin biznes direktoru Dmitri Şevelenko bildirib ki, məhkəmə belə bir qərar verərsə, şirkət "Google Chrome"u almağa hazırdır.
Valyuta.az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.
ABŞ Ədliyyə Departamentinin şirkəti "Chrome" brauzerini satmağa məcbur etmək istədiyi "Google"a qarşı antiinhisar işi üzrə Vaşinqtonda federal məhkəmədə dinləmələr davam edir. Bundan əvvəl "OpenAI" nümayəndəsi brauzeri almaq arzusunu bildirərək, "Chrome" ilə inteqrasiyanın şirkət məhsullarının keyfiyyətini artıracağını qeyd etmişdi.
"Google" öz növbəsində xəbərdarlıq edir ki, "Chrome"un satışı mənfi nəticələrə, o cümlədən istifadə haqqının tətbiqinə və ya məhsulun keyfiyyətinin aşağı salınmasına səbəb ola bilər. Şevelenko vurğulayıb ki, "Perplexity" "Chrome"un mövcudluğunu və keyfiyyətini qoruya biləcək. O, həmçinin qeyd edib ki, "Google"un hazırkı üstünlüyü elektronika istehsalçıları ilə rəqabəti çətinləşdirən eksklüzivlik müqavilələrinə əsaslanır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay