BAKU Azərbaycan
16.23°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69219

Milli Məclisin yaz sessiyasında "Əmək pensiyaları" haqqında qanuna təklif edilən dəyişikliklə bağlı müzakirələr ictimaiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. 

“Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir.

Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

Layihə mətbuatda geniş müzakirələrə səbəb olub və bəzi vətəndaşlar tərəfindən pensiya yaşının azaldılması kimi başa düşülüb. 

Qanunla bağlı bu fikirlərin yaranmasının səbəbi maraq doğurur. Eləcə də yaxın gələcəkdə pensiya yaşının azaldılma ehtimalının olub-olmadığı diqqətçəkən məqamlardandır.

Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, “Əmək pensiyaları” haqqında qanuna təklif edilən dəyişiklik məhz 5 il daha tez pensiyaya çıxmaq hüququ olan vətəndaşlarımızın pensiyalarının dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutur:

"Mövcud qanunvericiliyə əsasən, 5 və daha çox uşağı olan analar və bir sıra hallarda atalar 5 il daha tez pensiyaya çıxırlar. Onların pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Pensiya yaşı ilə bağlı mütəmadi təkliflər təqdim olunub, müzakirələr gedib. Bizim təklifimiz pensiya yaşının  müəyyənləşdirilməsində kəmiyyət meyarları ilə yanaşı, həm də keyfiyyət  meyarlarının istifadə edilməsi ilə bağlıdır. Yəni xüsusən də biz  çoxuşaqlı ailə anlayışına baxılması bunun 5-dən 3-ə endirilməsini təklif edirik. Bu da nəticə etibarilə 3 və daha artıq uşağı olan anaların təklif qəbul ediləcəyi halda daha tez pensiyaya çıxmasını təmin edə bilər".

Deputat, həmçinin tək anaların da daha tez pensiyaya çıxmasını təklif edildiyini bildirib: "Ona görə də bir sıra ölkələrdə olduğu kimi pensiya yaşına differensial yanaşma nəticə etibarilə bəzi, xüsusilə də sosial yardıma daha çox ehtiyacı olan vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına səbəb ola bilər".

V.Bayramov vurğulayıb ki, maliyyə qiymətləndirilməsi həyata keçirildikdən sonra müvafiq qərarların verilməsi mümkündür:

"Bu istiqamətdə təbii ki, mütəmadi təkliflər təqdim olunur, müzakirələr gedir. Ona görə də sözsüz, maliyyə  qiymətləndirilməsinin aparılması, fiskal gəlirlərimizə uyğun olaraq qərarların qəbul olunması önəmlidir. Amma komitə iclasında müzakirə zamanı çoxuşaqlı ailə anlayışına baxılması, uşaqların sayı nəzərə alınmaqla daha tez pensiya verilməsi ilə əlaqədar təkliflər təqdim olundu. Amma sözsüz təkliflərin dəyərləndirilməsi, xüsusən də maliyyə qiymətləndirilməsi həyata keçirildikdən sonra müvafiq qərarların verilməsi mümkündür".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Paytaxtın köçürülməsi müzakirə olunur: Sağlamlığımız təhlükə altındadır?

"Google" indi də "Pinterest"ə rəqib olur

"Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Almaniya iqtisadiyyatı üçün təhlükə: Xarici sərmayələr son 14 ilin ən aşağı səviyyəsində

Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər

Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA

Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? (VİDEO)

Bu ASC-nin külli miqdarda vergi borcu var

Vüsal Məmmədov vəzifəsindən AZAD EDİLDİ

İki il əvvəl yaradılan bu şirkət borc içindədir

QR kod ilə ödəniş etmək RİSKLİDİR

MSK-ya məxsus “Mercedes Benz” hərraca çıxarılır

Avropada bu yay vəhşi təbiəti izləmək üçün ən yaxşı yerlər (SİYAHI)

Tarixin ən böyük kəşfi – Saat necə yarandı?

Sumqayıt bulvarında 178 min manatlıq cari təmir - Qalib şirkət kimindir?

Donald Trampın doğum gününə həsr edilmiş hərbi parada xərclənəcək məbləğ məlum olub

Şəmkirdə ət dükanları bağlanıb? - İcra hakimiyyətindən AÇIQLAMA

Daha bir startap satıldı - “Databricks” “Neon”u 1 milyarda aldı

Trampdan "Apple" rəhbərinə sərt sözlər: "Sənə həqiqətən yaxşı davrandıq"

Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR

“Messenat Holdinq”in bu şirkətinin vergi borcu milyona yaxınlaşır

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin