BAKU Azərbaycan
17.2°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69114

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. 

Bu barədə Valyuta.az-a Mərkəzi Bankdan məlumat verilib. 

Qərar inflyasiyanın hədəf diapazonunda qalması, xarici və daxili iqtisadi faktorların təhlili, həmçinin pul siyasəti alətlərinin real sektora ötürülmə mexanizmləri nəzərə alınaraq qəbul edilib.

2025-ci ilin mart ayında illik inflyasiya 5.9% təşkil edib ki, bu da Mərkəzi Bankın 4±2% (2–6%) diapazonuna uyğun gəlir. Ərzaq məhsullarında illik qiymət artımı 6.5%, qeyri-ərzaq mallarında 2.8%, xidmətlərdə isə 7.5% olub. Baza inflyasiya göstəricisi isə 4.5% səviyyəsində qeydə alınıb.

Mərkəzi Bank həmçinin beynəlxalq iqtisadi şəraiti də nəzərə alıb. Belə ki, əmtəə qiymətləri üzrə indeks mart ayında aylıq 2.7% azalıb, illik artım isə 2.6% təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili inflyasiyası 9.6%-ə çatıb. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi isə 1.8% möhkəmlənib.

Banklararası pul bazarında orta faizlər faiz dəhlizi daxilində dəyişib. Aprelin ilk ongünlüyündə 1D AZIR indeksi 7.68%, ikinci ongünlüyündə isə 7.21% səviyyəsində olub. Dövlətin sərbəst vəsaitlərinin banklarda yerləşdirilməsi isə likvidlik mövqeyinə təsir göstərib.

Xarici iqtisadi mühitdə qeyri-sabitlik riskləri, o cümlədən ticarət müharibələri və geosiyasi gərginliklər inflyasiyanın risk balansına təsir edən əsas amillər kimi göstərilir. Daxildə isə xərc artımı və tələbin yüksəlməsi qiymət sabitliyinə təzyiq yarada bilər.

Mərkəzi Bank 2025 və 2026-cı illər üzrə inflyasiyanın yenə də hədəf diapazonunda qalacağını proqnozlaşdırır. 2025-ci il üçün proqnozlaşdırılan illik inflyasiya 5.3%, 2026-cı il üçün isə 4.3% səviyyəsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

PUB restoranı 1,450,000 manatla satışa çıxarılıb

İşsizlik səviyyəsinin aşağı olduğu 14 ölkə - SİYAHI

İşə qəbul zamanı bu 6 ifadəni işlətmək olmaz - Rekruiterdən vacib məsləhətlər

Azərbaycanda istiliyin verilmə vaxtı dəyişdirilir

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Tramp Yaxın Şərq turunda ABŞ-a 12-13 trilyon dollarlıq sərmayə toplayıb

Azərbaycanlılar bu ölkədə 4 ayda 262 mənzil alıblar

Taksilərlə bağlı yeni tələblər - Dəyişikliklər var

"Formula 1" "Sea Breeze"dəki süni adada keçiriləcək

Əmək pensiyaları ilə bağlı yenilik - Qanun Dəyişir

2 milyon manata bağça satılır

1 söz səhvi, milyonluq itki - Bahalı səhvlərdən necə sığortalanmalı?

İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub

Dünyanın ən zəngin aşpazları - İlon Maskın qardaşı 500 milyon dollarla ikincidir

"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək

​Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun

Saxta Twitter işçisinin Harvard süni intellekt startapının təsisçisi olduğu ortaya çıxıb

Bakı məktəblərində monitorinq başlayır - Tarix Açıqlandı

“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinə yeni sədr təyin olundu

Sumqayıtın məşhur şadlıq sarayları cərimələndi

Bu institut xidməti maşın alır - 1-i 185 min manata

Bu institut xidməti maşın alır - 1-i 185 min manata

10-11-ci siniflər üçün 767 min manatlıq dərslik nəşr ediləcək

Bakının bu ərazisində bulvar salınacaq

Dələduzluq edən "vəzifəli şəxs" tutuldu

“eManat”dan “Expressbank”a transfer

Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək

Nazirliyin keçmiş baş mühasibi həbsdə vəfat etdi

Azərbaycanlı tələbələrin 237 min manat investisiya alan startapları - Müsahibə

Azərbaycanlı tələbələrin 237 min manat investisiya alan startapları - Müsahibə

Avro bahalaşdı - Günün məzənnəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin