BAKU Azərbaycan
16.23°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69079

İnternetin gətirdiyi imkanlar sayəsində insanlar artıq sadəcə bir noutbuk və internet bağlantısı ilə dünyanın istənilən yerindən pul qazana bilirlər.

Lakin asanlıqla əldə edilən hər şeyin mütləq bir riskli tərəfi də olur. Profil oğurluğu, dələduzluq, məlumat sızıntıları və s. 

Bəli, onlayn qazanc çox cəlbedici səslənir, amma lazım olan diqqəti göstərməsəniz həm pulunuzu, həm də rəqəmsal reputasiyanızı itirə bilərsiniz. 

Valyuta.az bu yazıda sizə onlayn əməliyyatları təhlükəsiz şəkildə aparmaq üçün lazım olan 8 vacib məqamı təqdim edir:

Güclü və unikal şifrələr istifadə edin, onları heç vaxt təkrarlamayın

Unutmayın, sadə şifrə asan hədəf deməkdir. Bir kibertəhlükəsizlik araşdırmasına görə istifadəçilərin 53%-i bütün hesablarında eyni şifrəni istifadə edir. Bu şifrələri isə bir dəfə sındırmaq kifayətdir və nəticəsi böyük fəlakət ola bilər.

Bununla qarşılaşmaq istəmirsinizsə, hər platforma üçün fərqli şifrə yaradın. Ən azı 12 simvolluq, böyük-kiçik hərf və simvollarla qarışıq şifrələr seçin. Parol meneceri tətbiqlərindən istifadə etməyi düşünün.

İki mərhələli doğrulamanı aktiv edin

Təkcə şifrə kifayət deyil. Dələduzlar şifrənizi tapsalar belə, ikinci doğrulama mərhələsindən keçmələri lazımdır.

Bunun üçün isə, 2FA aktiv deyilsə, dərhal aktiv edin. "Google Authenticator" və ya "Microsoft Authenticator" kimi tətbiqlərə üstünlük verin. SMS əsaslı doğrulamada ehtiyatlı olun.

Yalnız etibarlı platformalarda qazanc əldə edin

“Evde oturaraq saatda 3000 manat qazan!” kimi təkliflərdən uzaq durun. Bu kimi işlər başqasını zəngin edə bilər, ancaq siz yox.

Bunu fərqləndirmək üçün isə aşağıdakılara fikir verin:

Saytın domeni yenidirmi? Şübhəli nə hiss edirsiniz?

HTTPS sertifikatı varmı? Sayt ünvanının “https” ilə başlamasına baxın.

İstifadəçi rəyləri süni dərəcədə müsbətdirsə, bot ola bilər.

Ödəniş üsulları təhlükəsizdirmi?

VPN istifadə edərək rəqəmsal izinizi azaldın

VPN istifadə etmədikdə IP ünvanınız və cihaz məlumatlarınız ifşa olur. Bu yalnız məxfiliyin pozulması deyil, həm də təhlükəsizlik boşluğudur.

VPN-lə isə IP-nizi gizlədə, trafikinizi şifrələyə bilərsiniz. Coğrafi məhdudiyyətləri aradan qaldırarsınız.

Fişinq hücumlarına həmişə şübhə ilə yanaşın

Tutaq ki, sizə bir email gəlir: “Təbrik edirik! 10.000 manat qazandınız. Qazanmaq üçün bura klikləyin.”

Dayanın, bu linklərə klikləməyin. Bu cür mesajlar sizdən şəxsi məlumat almağa çalışan tələlərdir. Bu emailin saxta olub-olmadığını müəyyən etmək üçün ilk olaraq göndəricinin ünvanına baxın. Yazıda qrammatik səhvlər varsa, ehtiyatlı olun. “Təcili” tələblər varsa, şübhəli yanaşın. Linklərə klikləmədən əvvəl yoxlayın.

Yalnız etibarlı ödəniş sistemlərindən istifadə edin

“Kartınızın kodunu, ödənişi edək” deyirlərsə, diqqətli olun.

Bunun üçün isə vasitəçi ödəniş sistemlərindən istifadə edin.

Kriptovalyuta ilə ödənişdə ünvanın doğru olduğuna əmin olun.

Hər əməliyyatdan sonra qəbz  tələb edin.

Qazancınızı hissələrə bölərək təhlükəsizliyini qoruyun

Bütün pulları bir yerdə saxlamaq risklidir. Gəlirlər üçün ayrı hesab yaradın. Buna görə də gündəlik xərclər üçün başqa kartdan istifadə edin. Kripto gəlirlərinizə başqa kart yönəldin. Sizə lazım olmayan pulları hesabdan çıxarın.

Rəqəmsal təhlükəsizliklə bağlı vərdişlər qazanın

Fiziki təmizlik kimi, rəqəmsal mühitlər də təmizlik tələb edir. Bunun üçün brauzer tarixçənizi vaxtaşırı silin. Yeniləmələri təxirə salmayın. Antivirusa proqramlarından istifaəde edin. 
Unutmayın, bu xırda görünən addımlar sizi böyük risklərdən qoruya bilər.

Çünki internetdən təhlükəsiz pul qazanmaq, yalnız gəlir əldə etmək deyil həm də o gəliri qorumaqdır.

Hər klik, hər şifrə, hər əməliyyat ya sizi uğura aparır, ya da təhlükəyə salır.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Paytaxtın köçürülməsi müzakirə olunur: Sağlamlığımız təhlükə altındadır?

"Google" indi də "Pinterest"ə rəqib olur

"Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK

Almaniya iqtisadiyyatı üçün təhlükə: Xarici sərmayələr son 14 ilin ən aşağı səviyyəsində

Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər

Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA

Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? (VİDEO)

Bu ASC-nin külli miqdarda vergi borcu var

Vüsal Məmmədov vəzifəsindən AZAD EDİLDİ

İki il əvvəl yaradılan bu şirkət borc içindədir

QR kod ilə ödəniş etmək RİSKLİDİR

MSK-ya məxsus “Mercedes Benz” hərraca çıxarılır

Avropada bu yay vəhşi təbiəti izləmək üçün ən yaxşı yerlər (SİYAHI)

Tarixin ən böyük kəşfi – Saat necə yarandı?

Sumqayıt bulvarında 178 min manatlıq cari təmir - Qalib şirkət kimindir?

Donald Trampın doğum gününə həsr edilmiş hərbi parada xərclənəcək məbləğ məlum olub

Şəmkirdə ət dükanları bağlanıb? - İcra hakimiyyətindən AÇIQLAMA

Daha bir startap satıldı - “Databricks” “Neon”u 1 milyarda aldı

Trampdan "Apple" rəhbərinə sərt sözlər: "Sənə həqiqətən yaxşı davrandıq"

Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR

“Messenat Holdinq”in bu şirkətinin vergi borcu milyona yaxınlaşır

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin