
22.04.2025 / 15:20
Azərbaycanda hotel bir mərtəbəsini satışa çıxardı - QİYMƏT, FOTOLAR
69055
Bərdə şəhəri, Qasım bəy Zakir küçəsində yerləşən qeyri-yaşayış təyinatlı binanın -Buta Hotelin bir mərtəbəsi satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, satışa çıxarılan mərtəbənin ümumi sahəsi 175,9 m²-dir.
Bu əmlakın likvid qiyməti 700 000 manat olaraq müəyyən edilib.
Hotelin bir mərtəbəsinin hansı səbəbdən satışa çıxarıldığı barədə rəsmi məlumat verilməyib.
Buta Hotelin sosial media səhifələrinə nəzər yetirdikdə məlum olur ki, obyekt yalnız otel kimi deyil, həm də şadlıq sarayı funksiyasını yerinə yetirir. Bundan əlavə, hotelin daxilində “Maqnoliya” restoranı da fəaliyyət göstərir.
Həmçinin satışa çıxarılan mərtəbənin hansı hissəyə aid olduğu və konkret olaraq hansı funksiyanı yerinə yetirdiyi haqqında da məlumat verilməyib.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay