Çinin imtina etdiyi "Boeing" təyyarələrini bu ölkə almaq istəyir

Redaktor

22.04.2025 23:33
217

Çinin imtina etdiyi "Boeing" təyyarələrini bu ölkə almaq istəyir

Hindistan Hava Yolları ("Air India") Çin hava yolu şirkətlərinin qəbul etmədiyi "Boeing" təyyarələrini almaq istəyir. 

Valyuta.az xəbər verir ki, məsələ ilə tanış olan və adlarının açıqlanmasını istəməyən şəxslərin verdiyi məlumata görə, "Tata Group" şirkətinə məxsus olan və yenidən qurulma prosesini sürətləndirməyə çalışan Hindistan aviaşirkəti ABŞ istehsalı olan təyyarələrin Çin üçün nəzərdə tutulmuş partiyasını almaq üçün "Boeing" ilə danışıqlar aparmaq niyyətindədir.

Bu təşəbbüs ABŞ və Çin arasında qarşılıqlı gömrük tarifləri qüvvəyə minmədən öncə həyata keçirilə bilər. Həmin mənbələr əgər mövcudluq olarsa, "Air India"nın gələcək çatdırılma üçün boş yerlər əldə etməkdə də maraqlı olduğunu bildiriblər.

Şirkət mart ayına qədər Çi aviaşirkətləri üçün istehsal olunmuş 41 ədəd "737 Max" tipli təyyarəni qəbul edib. Lakin kokpit səsyazma cihazlarında istifadə olunan litium batareyalarla bağlı təhlükəsizlik narahatlıqları səbəbindən bəzi çatdırılmalar təxirə salınıb.

"Air India" və "Boeing" nümayəndələri məsələyə münasibət bildirməkdən imtina ediblər. "Bernama" agentliyinin bazar günü yaydığı məlumata əsasən, "Malaysia Aviation Group Bhd." da Çindən boşalan çatdırılma yerləri üçün "Boeing" ilə danışıqlar aparır.

"Bloomberg News"in ötən həftə yaydığı məlumata görə, Pekin rəhbərliyi Çin aviaşirkətlərinə ABŞ istehsalı olan təyyarələri qəbul etməməyi tövsiyə edib. Bu qərar, ABŞ mallarına 125%-ə qədər gömrük vergisinin tətbiqindən sonra verilib. Həmin vaxt təxminən 10 təyyarənin çatdırılması planlaşdırılırdı və bəzi "737 Max" modelləri sonradan ABŞ-a geri qaytarılıb.

Hazırda hazrlanmış və ya hazırlanmaqda olan "Boeing" təyyarələrinin satışında çətinliklər mövcuddur. Bu çətinliklər əsasən təyyarələrin kabin konfiqurasiyalarının ilkin sifarişçi tərəfindən müəyyənləşdirilməsi və bəzi ödənişlərin artıq həyata keçirilməsi ilə bağlıdır.

Çinli olmayan aviaşirkətlərin marağı, ticarət müharibəsinin davam etməsi şəraitində ABŞ-ın əsas ixracatçılarından biri olan "Boeing" üçün yaranmış riskləri qismən azalda bilər. Lakin bu vəziyyət, ehtiyatda saxlanılan "737" modellərinin istehsal olunduğu və "kölgə zavod" adlandırılan müəssisələrin bağlanması cəhdlərini çətinləşdirə bilər. "Boeing"in bu həftə maliyyə hesabatlarını açıqlayacağı və vəziyyətlə bağlı yenilənmiş məlumat verəcəyi gözlənilir.

Vaşinqton və Pekin arasında davam edən gərginlik, son illərdə Avropa istehsalçısı "Airbus SE" şirkətinə Çində "Boeing"ə qarşı üstünlük qazandırıb. Uzunmüddətli perspektivdə isə bu vəziyyət "Boeing"i dünyanın ən böyük təyyarə bazarlarından birinin kənarında qalmaq riski ilə üz-üzə qoyur.

Məlumatlara görə, "Air India", onun aşağı büdcəli bölməsi olan "Air India Express" üçün artıq istehsal olunmuş "Max" model dar gövdəli təyyarələrlə maraqlanır. Şirkət, Hindistanın bazar lideri olan "IndiGo" ilə rəqabət çərçivəsində bu aşağı maliyyətli bölməni gücləndirmək niyyətindədir.

Təyyarələr adətən "Bengaluru" şəhərində yenidən rənglənir. "Air India Express" 2026-cı ilin aprel ayına qədər aldığı təyyarələrdə biznes sinfini iqtisadi siniflə əvəz etməyi planlaşdırır. Lakin bu proses təchizat zəncirindəki problemlər səbəbindən ləngiyir.

Şirkətin 2023-cü ildəki sifarişlərindən qalan 140 dar gövdəli təyyarənin çatdırılmasının 2026-cı ilin martından sonra başlaması gözlənilir. Bu da yeni sərbəst buraxılmış "Boeing" təyyarələrini əldə edə bilməyəcəyi halda "Air India"nı "IndiGo" qarşısında geri salma riskini artırır.

"Air India"nın böyüməsi həmçinin bəzi təyyarələrin müvəqqəti olaraq park edilməsi, bəzi "Airbus" modellərinin mərhələli şəkildə istismardan çıxarılması və yenidənqurma proqramı ilə də yavaşlayacaq. İcraçı direktor Kempbell Uilson ötən ay bildirib ki, şirkət köhnə kabinləri və yenilənmə gecikmələrini kompensasiya etməyə çalışarkən, müştəriləri daha sərfəli qiymətlərlə cəlb etməyə çalışır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...