BAKU Azərbaycan
16.63°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69018

Böyük Britaniya tarixinin ən cəsarətli və planlı quldurluq hadisələrindən biri olan Böyük qatar soyğunu yalnız oğurlanan məbləğlə deyil, sonrakı mühakimələr, cəzalar və filmə çevrilməsi ilə də illərlə gündəmdə qalıb.

Valyuta.az xəbər verir ki, 1963-cü ilin 8 avqustunda, gecə saat 03:00 radələrində Qlazqodan Londona hərəkət edən bir Krallıq Poçt Xidməti qatarı cinayətkarlar tərəfindən dayandırılıb. Londranın ən böyük iki cinayətkar qrupunun 15 üzvü bu planın icrasında iştirak edib. Onların hər birinin soyğun planında öz funksiyası olub.

Soyğun zamanı qatarın ilk iki vaqonunda olan 2,6 milyon funt-sterlinq (bugünkü dəyəri 50 milyon funt-sterlinqdən çox) nağd pul, cəmi 15 dəqiqə ərzində oğurlanıb. Quldurlar 120 çuval pulu park edilmiş nəqliyyat vasitələrinə yükləyərək hadisə yerindən uzaqlaşıblar.

Soyğun zamanı ilk addım qatar yolundakı telefon xətlərini kəsmək və siqnalları manipulyasiya etmək olub. Maşınist Cek Mills qırmızı işığı görərək qatarı dayandırıb və köməkçisi Devid Uitbi məsələni araşdırmaq üçün qatardasn düşüb. Bu zaman maskalı soyğunçular hücuma keçib və Mills müqavimət göstərdiyi üçün başına dəyənəklə zərbə endirilib.

Soyğunçular qatarın daşıdığı pul və qiymətli paketlərin ilk iki vaqonda olduğunu əvvəlcədən biliblər. Qatarın arxa hissəsində 70-dən çox poçt işçisi olsa da, bu şəxslər nə baş verdiyindən xəbərsiz, zərfləri ayırmaqla məşğul olublar.

Soyğunçular Millsi qatarı 1,5 kilometr uzaqda yerləşən Bridego körpüsünə qədər sürməyə məcbur ediblər. Orada oğurluq baş tutub. Soyğunçular  polisin yarım saat ərzində xəbərdar edilməməsi üçün poçt işçilərinə xəbərdarlıq etdikdən sonra izlərini itiriblər.

1964-cü ildə keçirilən məhkəmədə 12 nəfər mühakimə olunub. Hakim Edmound Devis tərəfindən ümumilikdə 307 il həbs cəzası verilib. Bu, o dövr üçün Britaniya tarixində ən ağır cəza paketlərindən biri olub. Heç kimin ölmədiyi və odlu silah istifadə edilmədiyi nəzərə alınsa da, cəzaların sərtliyi xüsusilə makinistə edilən hücumla əsaslandırılıb.

Mills daha sonra heç vaxt işləyə bilməyib və 1970-ci ildə leykemiyadan vəfat edib. Uitbi isə bir il sonra 34 yaşında infarktdan ölüb.

Soyğunçulardan Çarlz Uilson məhkəmədən dörd ay sonra həbsxanadan qaçsa da, dörd il sonra Kanadada yaxalanıb. Ronni Biqqs isə 15 ay sonra həbsxanadan kəndirdən hazırlanmış nərdivanla qaçıb və təxminən 40 il ərzində İspaniya, Avstraliya, Braziliya kimi ölkələrdə gizlənib. 2001-ci ildə öz istəyilə Britaniyaya qayıdıb və cəzasını çəkməyə davam edib.

2013-cü ildə "BBC One" kanalında yayımlanan "The Great Train Robbery" adlı iki hissəli serial hadisəni həm soyğunçuların, həm də polisin gözü ilə təsvir edib. 

Soyğunla əlaqəsi olanların əksəriyyəti bir ildən az müddətdə yaxalanıb və cəzalandırılıb. Lakin cəzaların uzunluğuna baxmayaraq, heç kim 13 ildən çox həbsdə qalmayıb. Bəziləri azadlığa çıxdıqdan sonra digər cinayətlərə görə yenidən həbsə düşüb.

1964-cü ildə polis məlumat verənlərə mükafat təklif etsə də, oğurlanan milyonlarla funt-sterlinqin əksəriyyəti heç vaxt tapılmayıb.

Mənbə: Qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin