BAKU Azərbaycan
20.22°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69011

Son dövrlər vətəndaşların bank kartlarından edilən oğurluq hallarında ciddi artım müşahidə olunur. Hər gün minlərlə manatın yoxa çıxması insanlarda narahatlıq yaradır və rəqəmsal ödənişlərə olan etimadı sarsıdır. Artıq bir çoxları bu “tendensiya”nın davam etməsinin nağd ödənişlərə qayıdışı sürətləndirəcəyini düşünür.

Valyuta.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü Fərid Kazımov Metbuat.az-a açıqlamasında bildirib ki, hər bir oğurluq əməlinin arxasında istifadəçinin etinasızlığı və kibertəhlükəsizlik baxımından atmalı olduğu addımları atmaması dayanır:

“Kartda pul qalmayıbsa belə, o demək deyil ki, heç bir təhlükə yoxdur. Kart oğurluğu müəyyən mərhələlərlə baş verir. Cinayətkarlar, kiberdələduzlar müəyyən addımlar atırlar. Bəs nəyə görə bəzi insanlarda kartdan pul oğurlanır, digərlərində isə yox? Bunu araşdırmaq lazımdır. Təəssüf ki, Azərbaycanda yaşlı nəslin böyük bir hissəsi rəqəmsal, virtual dünyanın nə olduğunu anlamır. Onlara elə gəlir ki, bu, mənim kartımdır, şəxsi məlumatlarımdır, heç kim buna daxil ola bilməz.

Amma reallıq başqadır. Texnologiyalar inkişaf etdikcə bu texnologiyalardan cinayət törətmək üçün istifadə edən qruplar da təkmilləşir. Məsələn, kartdan-karta köçürmə, kart məlumatlarının paylaşılması kimi məsələlər elementar təhlükələrdir. Azərbaycanda elə bir hal yaranıb ki, müxtəlif şəxslər sosial şəbəkələrdə özlərini “yardımçı” kimi təqdim edib, rəqəmsal dünyadan xəbəri olmayan insanlara guya xarici saytlardan mal almaqda kömək edirlər. İnsanlar da kart məlumatlarını onlara verirlər. Bu da elə bil ki, “məni aldatmağa sənə icazə verirəm” deməkdir. Sonra deyirik ki, kartdan pul oğurlanıb. Hazırda bütün banklar SMS təsdiqləmə, iki mərhələli yoxlama sistemlərini məcburi tətbiq edirlər ki, bu halların qarşısı alınsın. Amma insanlar yenə də öz məlumatlarını paylaşırlar, nəticədə bu cür problemlər yaranır”.

Ekspert təklif edir ki, Azərbaycanda aidiyyəti qurumlar – istər maliyyə, istər iqtisadiyyat, istər hüquq-mühafizə sahəsində təhlükəsizliklə bağlı maarifləndirmə məqsədilə bir portal yaratmalıdır:

“İnsanlar ora daxil olub, sadə dildə yazılmış məlumatları oxuya bilməlidirlər. Elə olmalıdır ki, 50-60 yaşlı insanlar belə başa düşsün. Videolar, qısa mətnlər vasitəsilə nəyin doğru, nəyin yanlış olduğunu izah edən kontent olmalıdır”.

F.Kazımov kiberdələduzların şirnikləndirdiyi tələlərinə də aydınlıq gətirib:

“İnsanlara “100 manat qoy, 1000 manat qazanacaqsan” kimi təkliflər edirlər. Bu tip piramida sxemləri, onlayn maliyyə fırıldaqları geniş yayılıb. İnsanlar öz əlləri ilə pullarını verirlər. Kimisi 100 manat, kimisi 1000, kimisi 2500 itirir. Hətta maliyyə direktoru səviyyəsində işləyən insanlar da belə piramidalara aldanır. Bu da cəmiyyətimizdə yaranan bir problemdir. İnsanlar asan yolla pul qazanmaq istəyirlər, amma başa düşmürlər ki, belə bir şey yoxdur. Bu məsələlərə fərdi yanaşma lazımdır. Mən hər zaman deyirəm ki, bu cür halların qarşısını almaq üçün maarifləndirmə aparılmalıdır. Texnologiyanı bilməmək, istifadə qaydalarından xəbərsiz olmaq təhlükəlidir. Məsələn, mən ən sadə addım olaraq tövsiyə edirəm ki, əgər onlayn ödəniş edirsinizsə, əsas (maaş və ya gəlir) kartınızdan istifadə etməyin. İkinci bir kart yaradın və yalnız ödənişlər üçün ondan istifadə edin. O kartda da az məbləğ saxlayın – nə qədər lazımdırsa, 50-100 manat, onu yükləyin, ödənişi edin. Bu halda hətta oğurluq olsa belə, əsas kartınız və böyük məbləğlər qorunmuş olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin