BAKU Azərbaycan
19.02°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69000

Rüşvət müqabilində plastik cərrahiyyə ilə bağlı sertifikat verən Səhiyyə Nazirliyinin sabiq şöbə müdirlərinin ev dustaqlığı qətimkan müddəti uzadılıb.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Rüstəmova Səidə Nurəddin qızı və nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı və müstəntiqin vəsatətinə baxılıb.

Məhkəmə təqdimat və vəsatəti təmin edib.

Qərara əsasən, Səidə Rüstəmova və Lətafət Cabbarova barəsində seçilmiş ev dustaqlığı qətimkan müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, adıçəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən ediliblər. 

Təqsirləndirilən şəxslər korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir?

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin