BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9345
  • RUB
    2.0578
  • TRY
    0.0442
  • GBP
    2.2777
68973

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub.

Elm və təhsil nazirinin müvafiq əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Valyuta.az "Azərbaycan müəllimi"nə istinadən yeni müdirlərin tərcümeyi-hallarını təqdim edir.

Bakupost.az

Vüqar Dadaşov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində "Tarix" ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2006-2016-cu illərdə Humanitar təmayüllü "Muğan" liseyində tarix müəllimi, 2016-2020-ci illərdə Salyan rayonu 3 saylı tam orta məktəbin direktoru, 2020–2022-ci illərdə Neftçala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Vüqar Dadaşov 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri, 2023–2024-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri işləyib.

Bu təyinatadək o, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib.

Bakupost.az

Ramin Abassov 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsində magistratura təhsili alıb.

O, 2003-2020-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb. 2020-2022-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində rəhbər müavini olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, Abasov Ramin 2022-ci ildən bu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini olaraq fəaliyyət göstərib.

Bakupost.az

Həmid Qasımov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində “Fizika” ixtisası üzrə, 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb.

2019-2021-ci illərdə Bakı Mühəndislik Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsili alıb.

O, 2008-2015-ci illərdə İsmayıllı rayonu Xəlilli kənd tam orta məktəbində müəllim, daha sonra direktor müavini, 2015-2020-ci illərdə Azərbaycan Tələbələri Birliyində sədr müavini və sədr, 2020-2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş mütəxəssis, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində aparıcı məsləhətçi vəzifələrində çalışıb.

Bu təyinatadək o, Dağlıq Şirvan Regional Təhsil İdarəsində müdir müavini işləyib.

Bakupost.az

Bəhruz Nəbili 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində “Coğrafiya müəllimliyi (ekoloq)” ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2002-2016-cı illərdə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına tam orta məktəbdə coğrafiya müəllimi, 2016-2019-cu illərdə Biləsuvar rayonu Ağayrı kənd V.Rüstəmov adına tam orta məktəbin direktoru, 2019-2022-ci illərdə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Bəhruz Nəbili 2022-2024-cü illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində işləyib.

Bu təyinatadək o, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb.

Bakupost.az

Rəşad Musayev 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr təhsili alıb.

2002-2005-ci illərdə Təhsil Problemləri İnstitutunda baş metodist, 2005-2006-cı illərdə Nərimanov Rayon Təhsil Şöbəsində metodist, 2006-2019-cu illər Bakı Şəhəri üzrə Təhsil İdarəsində məsləhətçi, 2019-2022-ci illərdə Təhsil Nazirliyində məsləhətçi vəzifələrində çalışıb.

Bu təyinatadək o, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

102 nəfər işə götürüldü, 245 nəfər də işlə təmin ediləcək

Bakıda 2 ildir bağlı olan bu bank fəaliyyəti bərpa etdi

Kamran Əliyev yenidən Baş prokuror oldu

Tramp istədiyini aldı: Ukrayna ilə saziş imzalandı

İntiqam Babayevə Mədəniyyət Nazirliyində vəzifə verildi

Qazaxın azad olunan kəndlərinin tikintisinə başlanılır

"Tesla" şirkəti Maskı əvəzləməyə çalışır? - WSJ-nin məqaləsi şirkəti qarışdırdı

MİQ və sertifikasiya imtahanları DİM-ə verilə bilər? -AÇIQLAMA

“Azerenerji”də nə baş verir? - İxrac gəlirlərində 39 milyon dollarlıq azalma

“Azerenerji”də nə baş verir? - İxrac gəlirlərində 39 milyon dollarlıq azalma

“Beta-Azərbaycan” şirkəti nizamnamə kapitalını azaldır

Azərbaycanda həm saatlıq, həm də aylıq əməkhaqqı olacaq - RƏSMİ

Azərbaycanda bu gündən bu qadağa qüvvəyə minir

İki vəkilə töhmət verildi

BakuBus-un avtobusunda gediş haqqı artıb?

Xəstəlik vərəqələrinin elektron formada verilməsinə başlanıldı

Hansı hava şəraitində işlər dayandırılmalıdır?

Quş və quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub - Bu ölkələrdən

Dünyanın iki məşhur ödəniş platforması – Fərq nədir?

Azərbaycan nefti bir az da ucuzlaşıb

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Bu günün valyuta məzənnələri

Bu gündən I sinfə şagird qəbulu başlayır

Günün kriptovalyuta göstəriciləri

Pul haqqında yanlış bilinən gerçəklər – Daha çox qazanmağın sirri nədir? - SƏHƏR OXUSU

Pul haqqında yanlış bilinən gerçəklər – Daha çox qazanmağın sirri nədir? - SƏHƏR OXUSU

Bəzi tibb ixtisaslarına maraq azdır - Səbəb nədir?

Bəzi tibb ixtisaslarına maraq azdır - Səbəb nədir?

Ağ Ev "Amazon"u "düşmən şirkət" adlandırdı

"Atlas Technology" şirkətinin borcu var

Dərbəndin yeni başçısı azərbaycanlı oldu (FOTO)

Çin niyə kütləvi şəkildə qızıl alır? – Bu da səbəbi…

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin