
21.04.2025 / 17:50
Turizm Agentliyi ərəb jurnalistlər üçün 847 min manatlıq səfər təşkil edəcək
68964
Ərəb ölkələrindən media və turizm nümayəndələri üçün tanışlıq səfərləri təşkil olunacaq.
Valyuta.az xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfərlərinin təşkili planlaşdırılır.
Səfərlər çərçivəsində hər iki ölkədən gələcək iştirakçılar ölkəmizin turizm potensialı ilə yerində tanış olacaq, qonaqlara Azərbaycanın mədəni irsi və turizm imkanları təqdim ediləcək.
Bu xidmətlərin satın alınması üçün ehtimal olunan qiymət 847.319 manat olaraq müəyyən edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay