BAKU Azərbaycan
19.22°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68958

ABŞ-ın ticarət müharibələrinə start verməsi, tarif şokları və bazarların dəyişməsi səbəbindən qlobal inam azalır və bu, artan böyümə riskləri arasında daha ciddi bir təhlükəyə çevrilməkdədir.

Valyuta.az-ın məlumatına görə, "Financial Times" qəzeti bu həftə Vaşinqtonda keçiriləcək mühüm iqtisadi siyasət müzakirələri ərəfəsində apardığı araşdırmada qeyd edib ki, ABŞ mənşəli ticarət şokları həm inamı sarsır, həm də maliyyə bazarlarına mənfi təsir göstərərək qlobal iqtisadi artımı təhlükə altına alır.

Brukinq İnstitutu və "Financial Times" tərəfindən hazırlanmış Brukinq-FT Qlobal İqtisadi Dirçəlişin İzləmə İndeksi ("Tiger") göstəricilərinə əsasən, inam göstəriciləri kəskin şəkildə azalıb, maliyyə bazarlarında isə ümumi vəziyyət pisləşib. Qlobal iqtisadi mənzərədəki bu geriləmə, ilin nisbətən möhkəm başlanğıcı ilə kəskin təzad təşkil edir.

Brukinq İnstitutunun baş tədqiqatçısı Esvar Prasad bildirib ki, dünyada iqtisadi tənəzzül (resessiya) olacağını söyləmək üçün hələ tezdir, lakin qlobal ticarətdəki daralma və artan siyasət qeyri-müəyyənliyi iqtisadi artımı əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq: "Bu böyük şoku artıq gördük. İxracata dayanan açıq iqtisadiyyatlar sıxışacaq və bundan əlavə mənfi inam təsirləri də yaşanacaq".

Bu nəticələr Donald Trampın ABŞ prezidenti kimi vəzifəyə başlamasından sonra dünyanın müxtəlif yerlərindən iqtisadi siyasətçilər və maliyyə nazirlərinin ilk dəfə BVF/Dünya Bankı Bahar Toplantıları üçün Vaşinqtonda bir araya gəldiyi vaxt açıqlanıb.

Hesabata görə, ABŞ-da real iqtisadi fəaliyyət göstəriciləri hələlik nisbətən güclü qalır. Lakin bu məlumatlar 2025-ci ilin yanvarına qədər olan dövrü əhatə edir və Trampın ticarət siyasətlərinin başlamasından əvvəlki dövrə aiddir.

Mart ayında pərakəndə satışların 1,4 faiz artması kimi bəzi göstəricilər ABŞ iqtisadiyyatında fəaliyyətlərin güclü olduğunu göstərsə də, bu artımın bir hissəsi tariflərdən əvvəl alış-veriş edən istehlakçılardan və avtomobil satışlarındakı artımdan qaynaqlanmış ola bilər.

"Tiger" hesabatında yer alan maliyyə bazarları indeksində isə aprel ayının ortalarına qədər olan səhm qiymətləri də daxil olmaqla daha aktual məlumatlar nəzərə alınıb. İşgüzar dairələr və istehlakçı inamı göstəriciləri mart ayının sonuna qədər uzanır, xəbər məlumatları isə bu tendensiyanı bu aya qədər əhatə etmək üçün istifadə olunub.

Esvar Prasad bildirib: "Siyasi qeyri-müəyyənlik istehlakçı inamını ciddi şəkildə azaldıb və bu, çox güman ki, biznes investisiyalarına və məşğulluq artımına da mənfi təsir göstərəcək".

Paşa Məmmədli
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin