
"Bestcomp Group" 1 milyonluq sifarişi uddu
“Bestcomp Group” QSC 1 milyon 900 min 918 manat dəyərində müqavilə imzalayıb.
Valyuta.az xəbər verir ki, tender “Azerbaijan International Telecom (Azintelecom)” MMC tərəfindən təşkil olunub. Saziş mövcud avadanlıqlar üçün texniki dəstək xidmətlərinin - Smartnet təminatının satın alınmasını əhatə edir.
Müqavilə çərçivəsində görüləcək işlərin ilkin dəyəri 1 milyon 22 min 733 manat olaraq müəyyən edilib.
Xatırladaq ki, qalib şirkət – “Bestcomp Group” 1995-ci ildə yaradılıb, 1998-ci ildə isə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 8 milyon 962 min 330 manat təşkil edir. Qanuni təmsilçi Həsənov Fərid Rafiq oğludur.
Qeyd edək ki, “Bestcomp Group” distribüsiya, kompleks layihə həlləri, kommunikasiya şəbəkələrinin qurulması və pərakəndə satış sahələrində fəaliyyət göstərir.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay