
21.04.2025 / 11:14
“Azneftkimyamaş”ın törəməsinin səhmləri satışa çıxarıldı
68948
“Azneftkimyamaş” ASC-nin tabeliyində fəaliyyət göstərən “Zabrat Maşınqayırma Zavodu”nun səhmləri satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, ümumilikdə müəssisə tərəfindən 3,550,278 ədəd səhm buraxılıb, onlardan 532,542 ədədi güzəştli satışa təqdim olunub.
Hər bir səhmin nominal dəyəri 2 manat, müəssisənin nizamnamə kapitalı isə 7,100,556 manat təşkil edir.
Qeyd edək ki, güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay