
Azərbaycanda elektrik enerjisi necə istehsal olunur?
Fidan Aslanova
Linkedin influenser, kimya mühəndisi
Bir neçə saatlıq elektrik enerjisi gedəndə həyatımız durmuş kimi hiss edirik. Bəs enerji enerji haradan gəlir, necə əldə edilir?
1. Qalıq yanacaqlardan(fossil fuel) (90%)
Əsasən təbii qazdan istifadə olunur.
* Təbii qaz yandırılır.
* Bu yanma nəticəsində çox yüksək temperaturda buxar yaranır.
* Bu buxar türbinləri fırladır.
* Fırlanan türbinlər generatorları hərəkətə gətirir və elektrik enerjisi yaranır.
Qeyd: Bu üsul sürətlidir və davamlı enerji verir, amma karbon qazı tullantısı yaradır və təbiətə mənfi təsir edir.
2. Su elektrik stansiyaları (6-7%)
Misal: Mingəçevir SES.
* Çayın və ya su anbarının suyu yüksəkdən axıdılır.
* Su axını turbinləri fırladır.
* Turbinlər generatoru hərəkətə gətirir və elektrik yaranır.
Üstünlükləri: Təmiz, davamlı və tullantısızdır.
Məhdudiyyət: Su ehtiyatlarından asılıdır və quruluq dövrlərində təsiri azalır.
3. Külək enerjisi (təxminən 2%)
Sahil bölgələrində və küləkli ərazilərdə yerləşir.
* Külək külək turbinlərinin pərvanələrini fırladır.
* Pərvanələr içindəki generatoru hərəkətə gətirir.
* Generator isə elektrik enerjisi istehsal edir.
Üstünlükləri: Təmiz və limitsizdir.
Çətinlik: Küləyin gücü və sabitliyi hər zaman eyni olmur.
4. Günəş enerjisi (təxminən 1%)
Əsasən günəş panelləri vasitəsilə əldə edilir.
* Günəş panelləri günəş işığını udur.
* Bu işıq enerjisi elektrik enerjisinə çevrilir (fotovoltaik effektlə).
* Günəş panellərinin içində xüsusi materialdan hazırlanmış hüceyrələr (məsələn, silisium) var, gələn işıq bu hüceyrələrə düşəndə, işığın içindəki enerji bu materialdakı elektronları hərəkətə gətirir.
* Hərəkətə gələn elektronlar elektrik cərəyanı yaradır.
* Alınan elektrik birbaşa istifadə olunur və ya batareyalarda saxlanılır.
Üstünlükləri: Təmizdir, texniki baxımdan sadədir.
Çətinlik: Gecə və buludlu günlərdə enerji istehsalı zəifləyir.
5. Məişət və sənaye tullantılarının yandırılması (waste-to-energy) (0.7 %)
* Zibilliklərdən toplanan yanabilən tullantılar (plastik, kağız, qida qalıqları və s.) xüsusi yüksək temperaturda yandırılır.
* Bu prosesdə istilik yaranır və bu istilikdən buxar əldə olunur.
* Buxar türbinləri fırladır, generator isə elektrik enerjisi istehsal edir.
Üstünlükləri: Həm tullantılar azalır, həm də enerji əldə olunur.
Çətinlik: Qoxu, hava çirkliliyi riski və düzgün texnologiya tələbi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay