BAKU Azərbaycan
20.22°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68927

 

Son illərdə mülkiyyət hüququnun qorunmasında məmurların və digər "güclü tərəf"lərin xeyrinə qəbul edilən qərarların sayında azalma müşahidə edilir. 

Valyuta.az xəbər verir ki, Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, məhkəmə sistemində müşahidə olunan dəyişikliklər bir neçə cəhəti ilə diqqəti cəlb edir.

"Əsas məsələlərdən biri də məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsi, ədalətin insana yaxınlaşması prinsipi tətbiq edilməyə başlayır. Bu da çox əhəmiyyətlidir. Mülki işlərdə vətəndaş hüquqlarının daha həssas müdafiəsi, daha çox onların qanuni hüquqlarının və mənafelərinin təmin edilməsi şübhəsiz ki, məhkəməyə inam və etimadın artırılması ilə bağlı məsələdir".

Onun sözlərinə görə, bu təkcə qanunların dəyişməsi ilə bağlı məsələ deyil:

“Bu eyni zamanda məhkəmələrin insan mərkəzli yanaşmanı tətbiq etməsidir, insanın səsinə, onun haqq axtarışına daha qulaq asmağa başlanmasının əlamətidir. Artıq məhkəmə zalında ancaq iddiaçı və cavabdeh deyil, bəzən bir uşağın gələcəyi, bir qadının sabahı, bir yaşlının rahat nəfəsi də müzakirə olunur. Elə bu səbəbdəndir ki, normadan daha çox insan dəyərinə çevrilir. Bir zamanlar hüquq normalarının quru tətbiqi var idi, indi isə əsas məsələ hüquq normalarını insan dəyərinə çevrilməsidir. Bütün məsələlər məhz insan mərkəzli olmalıdır. Hüquqi dövlətin əsas prinsiplərindən biri də insan yönümlü dövlətə keçməkdir. Bu həm də siyasətin dönüş nöqtəsi adlanır. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin çıxışlarda tez-tez səsləndirdiyi fikir var - vətəndaş məmnunluğu bizim əsas işimizdir. "Bizim siyasətimizin mərkəzində vətəndaş dayanır" fikri sadəcə bir çağırış yox, həm də yeni mərhələnin sloqanı idi. Artıq hüquqi dövlətdən danışanda təkcə normativ bazalar, qanunvericilik bazasının yetərli olması yox, həm də insan həyatı ilə ölçülən ədalətli modellər nəzərdə tutulur. Bu dönüş qeyd etdiyimiz kimi ən çox da məhkəmələrdən hiss olunmağa başlayıb. Xüsusilə də Ali Məhkəmənin rəhbərliyində olan dəyişikliklər, Məhkəmə Hüquq Şurası haqqında qanuna edilən əhəmiyyətli dəyişikliklər şübhəsiz ki, bütün məhkəmə sistemində hiss olunmağa başlayıb. Artıq insanlar hüquq islahatlarını öz həyatında hiss etməyə başlayıb. Əvvəllər normaya əsaslanan hüquq var idi, indi isə məna axtarışı var. Qanunun yalnız hərfi anlayışı yox, həm də ruhunun tətbiq edilməsi prosesinə başlanılıb".

Müsahibimizin sözlərinə görə, 2019-cu ildən başlayaraq həyata keçirilən islahatlar məhkəmələrin yalnız texniki imkanlarını deyil,həm də hüquq mədəniyyətini dəyişib:

"Elektron məhkəmə sistemi, açıq məlumat bazaları, daha şəffaf hakim seçkiləri, bütün bunlar vacibdir. Görürsünüz, elektron məhkəmə sistemi ölkə üzrə tamamilə bərqərar oldu. Bu əlbəttə məhkəmələrə əlçatanlığı daha yaxşılaşdırdı, həm də ondan istifadə ilə bağlı rahatlığı təmin etdi, əlavə xərclər və vaxt itkisinin qarşısını aldı. Açıq məlumat bazaları həm də yeni imkanlar yaradır ki, tərəflər məhkəmə təcrübəsinin nə dediyini görə bilsinlər. Həmçinin ədalətli və şəffaf şəkildə hakim seçkiləri keçirilir. Bu proses illərdir başlayıb, və daha da dərinləşməyə doğru gedir. Əvvəllər hakim seçkiləri prosesində müşahidəçilər daha geniş miqyasda fəaliyyət göstərirdisə, artıq bu proses tamamilə şəffaf prosesə çevrilib. Bu dəyişiklik şübhəsiz ki, hakimin düşüncə tərzində də baş verir. Ən vacib olan budur,düşüncələrimizə dəyişiklik etməliyik. Ümumiyyətlə məhkəmə sisteminə daxil olan şəxslərin davranışında, düşüncəsində dəyişikliklər vacibdir. Bu həm də qanunun aliliyinin əsas şərtlərindən birinə çevrilir. Artıq hakim sadəcə hökm çıxaran deyil, həm də ədaləti axtaran fiqura çevrilir. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları həm də milli hüququn hüquq düşüncəsinin dəyişməsinə də təsir göstərir. Mülkiyyət hüququndan tutmuş ailə münasibətlərinə qədər Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşmaları da milli məhkəmələrdə insanın insani ehtiyaclarını da nəzərə almağa təşviq edir. Bu da çox vacibdir ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları geniş miqyasda tətbiq olunur. Bizim məhkəmə hakimlərimiz Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsi ilə çox yaxından əməkdaşlıq edir. Hakimlərin fəaliyyətində səmərəlilik genişlənir, effektivlik artır.  Bu gün vəkillərin fəaliyyəti sahəsində Azərbaycan Vəkillər Kollegiyası böyük islahatlar keçirir. Ölkədə vəkillərin sayı da yetərli qədərdir, çox ədalətli və şəffaf seçkilər keçirilir. Həm də düşünürəm ki, bu məsələ ilə bağlı dövlətin bu məsələ ilə əlaqədar dəstəyi də qeyd edilməlidir. Çünki pulsuz hüquqi yardım təşkil edilməsi dövlət büdcəsi hesabına başa gəlir. Düşünürəm ki, yüksək keyfiyyətli hüquqi yardım edilməsi üçün pulsuz hüquqi yardım vəsaitini artırılması əhəmiyyətlidir. Çünki 6 manat ödənilir, düşünürəm ki, bu peşəkar hüquqi yardım göstərilməsi üçün yetərli deyil”.

Ə.Nuriyev bildirib ki, ölkəmizdə ən vacib problemlərdən biri də mülkiyyət hüququnun qorunması ilə bağlıdır:

“Mülkiyyət hüququ vətəndaşların müstəsna konstutision hüququdur. Bu hüquq digər hüquqların da əsasını təşkil edir. Ona görə də mülkiyyət hüququnun qorunması istiqamətində də yeni yanaşmaların tətbiq edilməsi genişlənir. Amma bu sahədə hələ çoxsaylı nöqsanlar var. Çünki bəzi hallarda biz mülkiyyətin ayrı-ayrı şəxslər tərəfindən hansısa yollarla əldən alınması, təzyiq göstərilməsi, bəzi hallarda “güclü tərəf”in başqalarının mülkiyyətinə sahib olması və digər məsələlərin şahidi oluruq. Bəzi hallarda dövlətin bu istiqamətdə mühüm göstərişləri olmasına baxmayaraq şəxsin mülkində ictimai ehtiyacları ödəmək üçün müvafiq obyektlər tikilir. Bu halda həmin şəxsə kompensasiya verilirsə də burada bəzi məmurlar tərəfindən əli əyriliyə də yol verilir. Bunlar tam aradan qaldırılmasa da, burada Ali Məhkəmənin öz baxışları var. Eyni zamanda görürük ki, inzibati məhkəmələrdə qəbul edilən qərarların çox hissəsi məhz vətəndaşların xeyrinə qəbul edilir. Əvvəllər yalnız məmurun üstünlüyünü təmin edən qərarlar verilirdisə, indi trendlər dəyişir və insan yönümlü qərarlar qəbul edilməkdədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin