
20.04.2025 / 23:40
Azərbaycanın Britaniyaya ixracı 5 dəfədən çox artıb
68923
Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 323 milyon 351 min ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur. Ötən ilin eyni dövründə isə ticarət dövriyyəsi 75 milyon 288 min ABŞ dolları idi.
Hesabat dövründə Azərbaycanın Böyük Britaniyaya ixracı 5,91 dəfə artaraq 74 milyon 590 min ABŞ dollarına çatıb.
Böyük Britaniyadan idxal isə 3,96 dəfə artımla 248 milyon 761 min ABŞ dolları olub. Böyük Britaniyanın Azərbaycanın ümumi ixracında payı 1,17%, ümumi idxalında isə 4,39% təşkil edib.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay