
20.04.2025 / 15:57
Binəqədidə yanğınla əlaqədar bir sıra prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
68921
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən tədbirlər görülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay