BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
68866

 2024-cü ildə "qara internet" adlandırılan platformalarda 800 milyon oğurlanmış şifrənin yayımlandığı və bu səbəbdən şifrə təhlükəsizliyinin ciddi risk altında olduğu bildirilir.

Valyuta.az xəbər verir ki, "IBM X-Force" tərəfindən hazırlanmış son hesabata görə, məlumat oğurlayan zərərli proqramlar əsasən saxta e-poçtlar vasitəsilə daha geniş şəkildə yayılır. 2025-ci ilin əvvəlində bu cür proqramların yayılma hallarının 2023-cü illə müqayisədə 180 faiz artdığı qeyd olunur. Yəni istifadəçi məlumatlarını hədəfləyən proqramlar adətən gözdən yayınır, lakin geniş şəkildə yayılır.

800 milyon şifrə onlayn şəkildə ifşa edilib

Hesabatda hakerlərin bu proqramları saxta "Google" reklamları, vebsayt ziyarətləri zamanı avtomatik yüklənən zərərli fayllar və proqram təminatı təchizat zəncirinə sızmaq kimi üsullarla yaymağa davam etdiyi bildirilir. Bu elanlarda yüzlərlə hesab məlumatının yer aldığı, onlayn mühitdə paylaşılan ümumi şifrə sayının isə 800 milyonu keçdiyi qeyd olunur.

Mütəxəssislər bu məlumatların kibercinayətkarların artıq sistemlərə sızmaq əvəzinə birbaşa giriş üçün istifadəçi məlumatlarına üstünlük verdiklərini göstərdiyini bildirirlər. Yayımlanan məlumatlar şifrələrin artıq təkbaşına effektiv təhlükəsizlik vasitəsi olmadığını bir daha sübut edir. Mütəxəssislər iki faktorlu identifikasiya sistemlərinin belə kiber hücumçular tərəfindən aşılmasının mümkün olduğunu vurğulayır. İstifadəçilərə şifrələrini mütəmadi olaraq yeniləmək və hesablarını əlavə təhlükəsizlik tədbirləri ilə qorumaq tövsiyə olunur.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Geyim idxalında gəlirlər 30 milyonu keçdi

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Prezidentdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM

Nazirliyin işçilərinin sayı artırıldı

Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Prezident onları təltif etdi - Sərəncam

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

Gürcü bankı ruslara dünyanın dəbdəbəli mağazalarında alış-verişi qadağan etdi

Ən sürətli internetə sahib şəhərlər açıqlandı - Bakı neçənci yerdədir?

Azərbaycanda "coworking" məkanı açmaq üçün nə qədər maliyyə lazımdır?

"Nike" iyunun 1-dən bəzi məhsullarının qiymətini artıracaq

"Apple" iki məşhur "iPhone" modelinin təmirindən imtina edəcək

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Sabah 31 dərəcə isti olacaq

Nikah üçün yeni qayda - Bu tarixdən başlanır

Ardıcıl 4 gün iş olmayacaq - Tarixlər

Metroda hərəkət invervalında dəyişiklik edildi

Daha az məhsulla daha çox satış etmək olarmı?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin