BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
68865

Bakı Ağır Cinayətlər Məhkəməsində “Premium Bank”ın filial müdiri Nəzakət Məmmədxanovanın və xəzinədar Samirə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. İclasda bəlli olub ki, vəkillər məhkəməyə gəlməyiblər. Hakim Cavid Hüseynov vəkillərin məhkəmə iclaslarına gəlməməsi səbəbindən məhkəmə proseslərinin davamiyyətinin pozulduğunu, vaxt uzanmasına əsəbiləşib.

Valyuta.az Musavat.com-a istinadən xəbər verir ki, Nəzakət Məmmədxanova bankın 5 saylı filial müdiri olub.

Məhkəmə hökmünə görə, o, xəzinədəki 461 min manatı kriptovalyuta üzərindən dələduzluq edənlərə verib. Onunla bərabər xəzinədar Samirə Əliyeva da müttəhimlər kürsüsündədir. Məhkəmədəki ifadələrdən məlum olub ki, Nəzakət Məmmədxanova 2020-ci ildən “Premium Bank”ın 5 saylı filialının müdiri işləyib.

Ümumilikdə isə 9 il adıçəkilən bankda, 14 il Beynəlxalq Bankda çalışıb. İnvestisiya yatırmaq üçün 2 il əvvəl sosial şəbəkələrdə elan paylaşıb, elə hər şey də bundan sonra başlayıb. Təqsirləndirilən şəxs özü başına gələnləri bundan əvvəlki məhkəmə iclasında belə danışıb: “Main Capital.com saytından zəng gəldi.

Özünü Artyom adı ilə təqdim edən şəxs dedi ki, qoyduğun pulun 2 qatını asanlıqla geri götürə bilirsən. Mən də ilkin olaraq yatırım kimi 100 dollar qoydum, qısa zamanda 200 dollar götürdüm. Növbəti dəfə 1235 dollar qoydum, ikiqatını götürdüm. Sonra məbləği artırdım, keçdim bankın pullarına. Onlar da bunu bildikləri üçün keçdilər məni şantaj etməyə. Hədələyirdilər ku, pul qoymasam, banka zəng edəcəklər.

Mən bankda mədaxil qəbzləri yazaraq həmin pulları kart vasitəsilə “M10”la onlara göndərirdim. Samirə xanımı da mən problemə salmışam. İlk olaraq əməliyyatçı Nigar Qasımovaya, sonra Fərid Səttarova dedim ki, pulları mənim plastik kartıma göndərin. Onlar da mədaxil yazaraq qəbzləri mənim kabinetimə gətirirdilər”.

Digər təqsirləndirilən Samirə Əliyeva isə məhkəmədə bildirib ki, Nəzakət Məmmədxanovanın tapşırığı ilə filiala məxsus pulları ona verib. Nağd pul tükənəndə filial müdiri çarəsiz vəziyyətdə qaldığına görə qayçı ilə özünü öldürmək istəyib. O isə təklif edib ki, hüquq-mühafizə orqanlarına müraciət etsin. Bu iş üzrə ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparıb.

İstintaqın gəldiyi qənaətə görə, “Premium Bank” ASC-də filial müdiri işləyən Nəzakət Məmmədxanova bu il mayın 8-dən 23-dək 5 saylı filialın 461 min 170 manat pulunu mənimsəyib. 32 mədaxil qəbzi əsasında həmin məbləği özününün hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında öz hesabına yerləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mikayıl Cabbarova yeni vəzifə verildi

Tütün məmulatlarının idxalı azaldı

"Atlant" istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək?- Məhkəmə

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Geyim idxalında gəlirlər 30 milyonu keçdi

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Prezidentdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM

Nazirliyin işçilərinin sayı artırıldı

Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Prezident onları təltif etdi - Sərəncam

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

Gürcü bankı ruslara dünyanın dəbdəbəli mağazalarında alış-verişi qadağan etdi

Ən sürətli internetə sahib şəhərlər açıqlandı - Bakı neçənci yerdədir?

Azərbaycanda "coworking" məkanı açmaq üçün nə qədər maliyyə lazımdır?

"Nike" iyunun 1-dən bəzi məhsullarının qiymətini artıracaq

"Apple" iki məşhur "iPhone" modelinin təmirindən imtina edəcək

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Sabah 31 dərəcə isti olacaq

Nikah üçün yeni qayda - Bu tarixdən başlanır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin