BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9345
  • RUB
    2.0578
  • TRY
    0.0442
  • GBP
    2.2777
68862

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.

Valyuta.az xəbər verir ki, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlətimizin başçısına və birinci xanıma “Sea Breeze”də istismara verilmiş “Park Residences 2” layihəsi barədə məlumat verdi.

Bildirildi ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur - hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində “Sea Breeze” ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz “Park Residences 2” layihəsinin binalarında yerləşib.

Sonra Prezident İlham Əliyevə “Sea Breeze”in ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verildi. Qeyd olundu ki, kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb, uşaq bağçası və xəstəxana da var.

Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb.

Daimi yaşayış və yüksəksəviyyəli istirahət infrastrukturunu özündə birləşdirən “Sea Breeze” gələcəyin şəhəri kimi inamla inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu, çoxlu sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir.

Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən “Sea Breeze” 500 hektar ərazini əhatə edir. Burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb.

Əsas layihələri sahil zolağında yerləşən “Sea Breeze” gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək.

Nəhəng 11 mərtəbəli layner formasında inşa edilən mənzillərdən və hotel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan “Caspian Dream Liner” süni adada tikiləcək. Burada apart-hotel, ticarət mərkəzi və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində “Sea Breeze” qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək.

İrimiqyaslı layihə fondunun hazırlanmasında bir neçə yerli və xarici memarlıq bürosu işləyir, layihələndirmə işlərinə dünyaşöhrətli memarlar cəlb olunur.

2028-ci ilədək burada daha 700 binanın tikilməsi, həmçinin ümumilikdə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub. Bu layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq.

“Sea Breeze”də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur. Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar təşkil edir, yaxın beş ildə isə daha 5 milyard dollardan çox sərmayələrin cəlb edilməsi planlaşdırılır. 2024-cü ilin yekunlarına görə, “Sea Breeze” ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergiödəyiciləri sırasında yer alıb.

***15:24

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri aprelin 18-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən cari və perspektiv layihələrlə tanış olublar.

Valyuta.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Bu günün valyuta məzənnələri

Bu gündən I sinfə şagird qəbulu başlayır

Günün kriptovalyuta göstəriciləri

Pul haqqında yanlış bilinən gerçəklər – Daha çox qazanmağın sirri nədir? - SƏHƏR OXUSU

Pul haqqında yanlış bilinən gerçəklər – Daha çox qazanmağın sirri nədir? - SƏHƏR OXUSU

Bəzi tibb ixtisaslarına maraq azdır - Səbəb nədir?

Bəzi tibb ixtisaslarına maraq azdır - Səbəb nədir?

Ağ Ev "Amazon"u "düşmən şirkət" adlandırdı

"Atlas Technology" şirkətinin borcu var

Dərbəndin yeni başçısı azərbaycanlı oldu (FOTO)

Çin niyə kütləvi şəkildə qızıl alır? – Bu da səbəbi…

"Yurd Pharma" əczaçılıq şirkətində yoxlama: Yarım milyondan çox pozuntu aşkarlandı

Azərbaycanın Xalq rəssamı vəfat etdi

Bakı-Tbilisi sərnişin qatarı əlamətdar gündə bərpa olunacaq?

Maşınınızda bu aksesuarlar varsa, çıxarın - CƏRİMƏSİ VAR

Maşınınızda bu aksesuarlar varsa, çıxarın - CƏRİMƏSİ VAR

Meta “ChatGPT” ilə rəqabət aparmaq üçün yeni süni intellekt tətbiqi istifadəyə verib

Kredit faizləri enə bilər (VİDEO)

Trampın tarifləri Çin bazarını vurdu: Sifarişlər kəskin azaldı

Qiyməti əl yandıran göyçə nə vaxt ucuzlaşacaq?

DSX 148 min manatlıq pərdə alır

Bu karqo şirkəti riskli vergi ödəyicisidir

Taksilərdə POS-terminallar NİYƏ YOXDUR? - AYNA hərəkətə keçəcək

Avropa aviasiya nəhəngin birinci rübdə 249 milyon zərər edib

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

Bu ölkə Azərbaycana 6 manat 17 qəpiyə makaron və kuskus satır

"Reddit" istifadəçiləri üzərində özlərindən xəbərsiz süni intellekt təcrübəsi aparılıb

“Venesiya”dakı zəhərlənmənin səbəbi açıqlandı- Mətbəx bağlandı

“Venesiya”dakı zəhərlənmənin səbəbi açıqlandı- Mətbəx bağlandı

Bu marşrut xətti sabahdan “BakuBus”a verilir

Azərbaycanda ən çox tələb olunan beş peşə

Qeyri-neft ixracından ölkəyə ən çox gəlir gətirən şirkətlər – Siyahı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin