BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
68803

ABŞ Ticarət Nümayəndəliyi (USTR) Çin mənşəli gəmi sahibləri və Çin istehsalı olan gəmilərin operatorlarından ABŞ limanlarına daxil olduqları zaman xalis tona və ya konteyner sayına əsasən rüsum tutulacağını nəzərdə tutan planını açıqlayıb.

Valyuta.az xəbər verir ki, USTR tərəfindən yayımlanan bəyanatda bildirilir ki, bu addım Amerika gəmiqayırma sənayesini əvvəlki gücünə qaytarmaq və Çinin gəmiçilik, logistika və gəmi inşası sahələrində hökmranlıq etməyə yönəlmiş qeyri-məqbul hərəkət, siyasət və tətbiqlərinə cavab olaraq atılır.

Təxminən bir il davam edən araşdırmanın nəticəsində hazırlanmış bu plan çərçivəsində ictimaiyyətin də rəylərinin alındığı qeyd olunub.

Yeni tədbirlərin iki mərhələdə həyata keçiriləcəyi və ilkin 180 günlük müddətdə heç bir rüsum tətbiq olunmayacağı bildirilib. Bu müddətin sonunda isə Çin mənşəli gəmi sahibləri və operatorlarından ABŞ-a hər səfər üçün xalis tonaj əsasında, Çin istehsalı olan gəmilərin operatorlarından isə xalis tonaj və ya konteyner əsaslı rüsumlar alınacağı açıqlanıb. Bu rüsumların zamanla mərhələli şəkildə artırılacağı da bəyan edilib.

İkinci mərhələ isə növbəti üç il ərzində həyata keçiriləcək. Bu çərçivədə ABŞ istehsalı olan maye təbii qaz (LNG) gəmilərini stimullaşdırmaq məqsədilə LNG-nin xarici gəmilərlə daşınmasına müəyyən məhdudiyyətlər qoyulacaq. Qeyd edilir ki, bu məhdudiyyətlər 22 il ərzində tədricən sərtləşdiriləcək.

Bəyanatda həmçinin liman avadanlıqları üçün yeni gömrük tariflərinin də gündəmdə olduğu və bu məsələ ilə bağlı da ictimaiyyətdən rəylərin toplanacağı bildirilib.

ABŞ Ticarət Nümayəndəsi Ceymison Qriyerin bəyanatda yer alan fikirlərinə görə, gəmilər və dəniz daşımaları ABŞ-ın iqtisadi təhlükəsizliyi və ticarətin sərbəst axını baxımından həyati əhəmiyyətə malikdir: "Tramp rəhbərliyinin atacağı addımlar Çinin üstünlüyünü geridə qoyacaq, ABŞ təchizat zəncirinə olan təhdidlərin qarşısını alacaq və ABŞ istehsalı gəmilər üçün tələbat siqnalı göndərəcək".

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda "coworking" məkanı açmaq üçün nə qədər maliyyə lazımdır?

"Nike" iyunun 1-dən bəzi məhsullarının qiymətini artıracaq

"Apple" iki məşhur "iPhone" modelinin təmirindən imtina edəcək

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Sabah 31 dərəcə isti olacaq

Nikah üçün yeni qayda - Bu tarixdən başlanır

Ardıcıl 4 gün iş olmayacaq - Tarixlər

Metroda hərəkət invervalında dəyişiklik edildi

Daha az məhsulla daha çox satış etmək olarmı?

Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin yeni müavini təyin edildi

Milli Depozit Mərkəzi ilk dəfə olaraq səhmlər üzrə dividend ödənişlərini həyata keçirib

Bu təhsil sektoruna yeni müdir təyin edildi

Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı (FOTO)

Sabah pensiyalar tam ödəniləcək

Baş nazir Aİ-92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ

Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq

Jurnalist Dövlət Agentliyində vəzifəyə təyin olundu

Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?

Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?

Formula 1-in pilotları nə qədər qazanır? - SƏRVƏTLƏRİ

Şöbələr ləğv edildi- Nazirdən yeni təyinat

Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası®

Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi

Vaxt ayıra bilmədi, biznesini satışa çıxardı - QİYMƏT

Azərbaycanda güclü zəlzələ gözlənilir? (AÇIQLAMA)

50 illik analitik Piter Brandt "Bitcoin"də yeni zirvə üçün tarix və qiymət açıqladı

Özəl klinikalarda qiymətlər necə təyin olunur?

Özəl klinikalarda qiymətlər necə təyin olunur?

Qurban bayramı ərəfəsində bazarlardakı qiymətlər

Azərbaycan nefti bahalaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin