BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
68769

Azərbaycan İnvestisiya Holdinqində (AİH) dövlət vəsaitləri və əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılarkən nöqsanlar aşkar edilib.

Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.

Bildirilib ki, audit dövründə maliyyə tutumu ümumilikdə 44,5 milyon manat olub. Hesabatda Holdinqin idarəetmənin təkmilləşdirilməsi və dövlət şirkətlərinin maliyyə dayanıqlılığının artırılması istiqamətində addımlar atıığı bildirilsə də, ciddi nöqsanlar da aşkarlanıb.

Auditorun rəyinə əsasən, bir sıra hallarda maliyyə və inzibati fəaliyyət normativ sənədlərin tələblərinə uyğun olmayıb. Belə ki, 2021-ci ilin sonuna 4,2 milyon manat, 2022-ci ilin sonuna isə 8,4 milyon manat bank hesablarında qalan vəsaitlərin dövlət büdcəsində nəzərə alınmadığı müəyyən olunub. Bu isə aidiyyəti illərdə büdcədən ayrılmış vəsaitlərin istifadəsində şəffaflıqla bağlı suallar doğurur.

Prezidentin fərmanı ilə müəyyən edilmiş qaydalara əsasən, Holdinqə idarəetməyə verilmiş müəssisələrin illik xalis mənfəətinin 20 %-i ilə maliyyələşmənin təmin olunması istiqamətində zəruri tədbirlər (icra reqlamenti, yazışmalar və s.) həyata keçirilməyib. Nəticədə, Holdinqin dövlət büdcəsindən asılılığının azaldılması perspektivləri zəifləyib.

Auditor həmçinin vakant vəzifələrin uzun müddət ərzində əvəzləmə sənədləri ilə dolu göstərilməsi və bu əsasla əmək haqlarının artırılması hallarını da aşkar edib. Məsələn, 2021-ci ildə 4, 2022-ci ildə 5, 2023-cü ildə 8, 2024-cü ilin birinci rübündə isə 2 əməkdaşın aylıq əmək haqqısı həmin vakant ştatların 50 %-i qədər artırılıb.

Maliyyə hesabatlarının vaxtında tərtib olunması və aidiyyəti orqanlara təqdim edilməsi də təmin edilməyib. 2021-2023-cü illər üzrə hesabatların müvafiq qaydada dərc edilmədiyi və “Mühasibat uçotu haqqında” qanunun, həmçinin Holdinqin Nizamnaməsinin tələblərinin pozulduğu bildirilib.

Holdinqin portfelində dividend ödəmə qabiliyyətli şirkətlərin sayı artsa da, 2021 və 2022-ci illərdə cəmi 2, 2023-cü ildə isə yalnız 1 dövlət şirkəti büdcəyə dividend ödəyib. Bununla yanaşı, eyni dövrdə portfel şirkətləri dövlət büdcəsindən alınan subsidiyalar və digər təyinatlı vəsaitləri iki dəfə artıraraq 762,6 milyon manatdan 1,5 milyard manata çatdırıblar.

Auditorun yekun qiymətləndirməsinə görə, müəyyən çatışmazlıqlara baxmayaraq, dövlət sifarişinin rəsmləşdirilməsi, əməkhaqqı siyasəti, maliyyə hesabatlılığı və digər sahələrdə audit meyarlarına əsasən şərti müsbət rəy verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ethereum" və "XRP"nin qiyməti artıb

Bir hərf, səkkiz rəqəm: Manatın seriya nömrələrinin mənası və dəyəri - SƏHƏR OXUSU

"OpenAI" "iPhone"un baş dizaynerinin şirkətini 6,5 milyarda satın aldı

Meşələrin İnkişafı Xidməti 700 minlik təsərrüfat malları alır

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür

Ən sürətli internetə sahib ölkələr açıqlanıb – Azərbaycan neçənci yerdədir?

Ən sürətli internetə sahib ölkələr açıqlanıb – Azərbaycan neçənci yerdədir?

İlon Mask: Al sənayesi 2026-cı ilin əvvəlində enerji çatışmazlığı ilə üzləşəcək

"İnşaat Konstruksiyaları”nın da borcu var

Məhsulu yalandan reklam edə bilməyəcəklər - Bloqerlərə bəd xəbər

Durovun həbsi "Telegram"ı dayandırmadı: Şirkət 1,5 milyard dollar gəlir əldə edib

BYD ilk dəfə Avropada "Tesla"dan çox avtomobil satdı

Qarabağ Universiteti 4 milyonluq invertar və avadanlıq alır

Şəxsi məlumatlarınızı qoruyun: Wi-Fi təhlükəsizliyi üçün 5 addım

Bu şirkətin yarım milyonluq manata yaxın vergi borcu var

"Apple" iki "iPhone" modelini "vintaj" elan etdi: Bu nə deməkdir?

Mikayıl Cabbarova yeni vəzifə verildi

Tütün məmulatlarının idxalı azaldı

"Atlant" istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək?- Məhkəmə

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin