
17.04.2025 / 17:25
Kartof idxalçısının yarım milyon manata yaxın vergi borcu üzə çıxdı
68762
Kartof idxalı ilə məşğul olan “Suma-94” şirkətinin külli miqdarda vergi borcu yaranıb.
Valyuta.az xəbər verir ki, şirkətin hazırda 404 953,55 manat vergi borcu var. “Suma-94” riskli vergi ödəyicisi olmasa da, vergi sistemində passiv vergi ödəyəcisi kimi qeydiyyatdadır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 2023-cü ildə sanitar nəzarətə aid olan idxal məhsulları ilə bağlı yaydığı açıqlamadan məlum olur ki, “Suma-94” şirkətinin həmin vaxt İrandan Azərbaycana idxal etdiyi kartofda fitopatogen bakteriyalar aşkarlanıb. “Suma-94” 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Anar Məmməd oğludur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay