
Britaniyada "Google"a qarşı 5 milyard funt-sterlinqlik iddia qaldırıldı
Böyük Britaniyada Amerikanın "Google" şirkətinə qarşı 5 milyard funt-sterlinq təzminat tələbi ilə kollektiv iddia qaldırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Rəqabət Apellyasiya Məhkəməsinə təqdim edilmiş iş materiallarına istinadən CNBC telekanalı məlumat yayıb.
İddia edilir ki, "Google" inhisarçı mövqeyini gücləndirmək üçün rəqabət aparan axtarış sistemlərini məhdudlaşdırmaq üçün mövqeyindən sui-istifadə edir.
İddia ərizəsində deyilir: "Google" ümumi axtarış və axtarış reklam bazarlarında öz dominant mövqeyini reklamçılar üçün qiymətləri şişirtmək üçün istifadə edir".
Həmçinin qeyd edilir ki, şirkət "Google" "Safari "brauzerində defolt axtarış sistemi olaraq saxlamaq üçün "Apple"a milyardlarla dollar ödəyib.
Aprel ayında Kaliforniyada "Google"a qarşı məhkəmə iddiası qaldırılmışdı və şirkət təhsil proqramından istifadə edərək tələbələrdən şəxsi məlumatları qanunsuz toplamaqda ittiham edilmişdi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay