BAKU Azərbaycan
20.22°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68660

Milyarder iş adamı, "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sahibi Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan bir sıra lüks avtomobillərə həbs qoyulub.

Valyuta.az Qaynarinfo-a istinadən xəbər verir ki, buna səbəb cəmiyyətin əsas səhmdarı Fərhad Teymur oğlu Əhmədova məxsus və onun tək təsisçiliyi ilə yaradılmış "Baku Kaspian Real İsteyts Limited" MMC-nin milyonlarla manatlıq borc öhdəliklərini yerinə yetirə bilməməsidir.

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə şirkətin adında olan avtomobillərə həbs qoyulub və onların axtarışı elan edilib. Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov həmin avtomobillərlə bağlı axtarış elan edib.

Həbs qoyulan nəqliyyat vasitələri aşağıdakılardır:

* 10-AZ-708 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı Range Rover Vogue

* AA dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı Mercedes-Benz S500 Maybach

* AZ dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı Maybach 62

* AF dövlət qeydiyyat nişanlı, 1954-cü il buraxılışlı ZİM 12

* AD dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Range Rover

* 90-AA-988 dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Mercedes-Benz G63 Brabus

* AD dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Rolls-Royce Cullinan

* AF dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porsche Cayenne Turbo

* AL dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Harley Davidson motosiklet

* 99-B-709 dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı Mercedes S500

* AA dövlət qeydiyyat nişanlı, 1980-ci il buraxılışlı QAZ-13 "Çayka”

* AE dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porsche Panamera Turbo

* AS dövlət qeydiyyat nişanlı digər nəqliyyat vasitələri

Qeyd olunan avtomobillərin əksəriyyəti saxlanılaraq Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilib.

Fərhad Əhmədovun nümayəndəsi, "Baku Kaspian Real İsteyts Limited” MMC-yə məxsus bir neçə avtomobilin üzərindən həbsi götürmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib.

Müraciətdə bildirilib ki, şirkətin hüquqi və faktiki ünvanı Göyçay şəhərində yerləşir və avtomobillərin üzərinə qoyulan həbs və onların cərimə meydançasına yerləşdirilməsi nəticəsində MMC-nin fəaliyyəti iflic vəziyyətə düşüb. Həmçinin qeyd edilib ki, borclu şirkətin balansında olan daşınmaz əmlakların dəyəri borcu ödəmək üçün kifayət edir.

Məhkəmə Fərhad Əhmədovun nümayəndəsinin iddiasını qismən təmin edib və borcun ödənilməsi üçün əlavə vaxt verilib. Bununla da yuxarıda adı çəkilən avtomobillərin əksəriyyətinin üzərindən həbs qərarı götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin