BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
68630

İşlər planlaşdırdığınız kimi getmədi, qorxduğunuz başınıza gəldi və iflas etdiniz. Bəs indi nə olacaq? Hər şey bitdimi? Yoxsa bu, yeni bir başlanğıcın ilk addımıdır?

Dəfələrlə uğursuzluğa düçar olmuş təcrübəli sahibkarlar deyir ki, batmaq son deyil. Əgər düzgün addımlar atılsa, bu, gələcək uğurun təməli ola bilər.

Valyuta.az sizə bu halda nə etməli olduğunuzun yollarını təqdim edir:

Uğursuzluq hekayələrini oxuyun, çoxlu dost qazanın

Uğursuzluq yalnız sizin başınıza gəlməyib. Başqalarının necə batdığını və sonra necə yenidən ayağa qalxdığını oxuyun, öyrənin. Özünüzü dünyadan təcrid etməyin. Sosiallaşın, insanlarla əlaqə qurun. Çünki uğur yolunda sizi yenidən motivasiya edəcək ən güclü resurs – ətrafınızdakı insanlardır.

3 günlük yas, sonra yeni plan

Bəli, batmaq ağırdır. Emosiyalarınızı bastırmayın. Üç gün özünüzə vaxt verin, amma dördüncü gün plan qurmağa başlayın. Yeni yollar, yeni ideyalar və yeni sərmayə imkanları axtarın. Çünki bu, sizin dönüş nöqtəniz ola bilər.

Böyük itki, böyük fürsət ola bilər

İllərinizi verdiyiniz şirkətdən bir gün çıxarıldınız? Bəlkə də bu, artıq öz yolunuzu açmağın zamanıdır. Bacarıqlarınıza inanın. Əgər nə etdiyinizi bilirsinizsə, o zaman uğur yenidən sizə gələcək. Sadəcə pozitiv qalın və daha böyük düşünün.

Əyləci basın, istiqaməti dəyişin və yenidən sürətlənin

Yeni başlanğıclar üçün bəzən dayanmaq lazımdır. Bir az sakitlik, bir az plan və sonra təkrar sürət. Hədəflərinizi, strategiyanızı yenidən müəyyən edin. Yaxşı bir komanda qurun, əməliyyat, maliyyə və marketinq hissələrini düzgün bölüşdürün. Unutmayın, bu bir sprint deyil – uzunmüddətli bir marafondur.

Sahib olduğunuz resursları müəyyən edin

Batmış ola bilərsiniz, amma tamam tükənməmisiniz. Özünüzdən soruşun: “İndi istifadə edə biləcəyim nə kimi resurslarım var?” – bir insan, bir fikir, bəlkə də bir əlaqə. Həyat daim fürsətlər təklif edir. Əsas olan, bu fürsətləri görmək və hərəkətə keçməkdir.

Yenilikləri izləyin, bazarı yoxlayın

Yeni ideyalar üçün bazarı izləmək vacibdir. Bazar nə istəyir? Sizin təklifiniz nədir? Əvvəlcə bir video ilə fikrinizi paylaşın, bazardan reaksiya alın. Təhlil edin, test edin və sonra sərmayə yatırın. Çünki bazarı anlamadan irəliləmək – təkrar risk deməkdir.

Çantanızı yığın, səyahətə çıxın

Stres pik nöqtədədirsə, ən yaxşısı – uzaqlaşmaqdır. Heç vaxt getmədiyiniz bir ölkəyə gedin, yenilənin, düşünün, fərqli fikirlər qazanın. Səyahət yalnız ruhu təzələmir, həm də beyninizi açır və yeni ideyalar üçün zəmin yaradır.

O işə niyə başlamışdınız? Məqsədinizi xatırlayın

Özünüzə sual verin: “Mən bu işi niyə qurmuşdum?” Cavabını tapdığınız anda motivasiyanız da geri qayıdacaq. İtirdikləriniz sizə “dayan” demir – sadəcə daha düzgün düşün, daha ağıllı hərəkət et deyir. Vəziyyətə necə reaksiya verdiyiniz – yüksəlməyinizin və ya tamamilə batmağınızın əsasını təşkil edəcək.

Unutmayın, iflas, bəzən yalnız bir fəsildir, həyat kitabınızın sonu deyil.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gələcək maliyyə hədəfləri ilə gündəlik xərcləri necə balanslaşdırmalı? - SƏHƏR OXUSU

Avtobuslar nə vaxt kondisioneri işə salacaq? - Rəsmi aşıqlama

I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək

BMT-dən narahatedici hesabat: Süni intellekt qadın işçiləri daha çox hədəf alır

Qurban bayramı günlərində ətin qiymətində artım gözlənilir?

Bütün "Wikipedia"nı bir saniyəyə yükləmək - Yaponlar internet sürətinə görə rekord vurdu

Özbəkistandan 2 manata alınan fıstığı İran neçəyə satır? - Qiymətlər

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb

Dubay şokoladının satışı 8 milyona çatıb

Dubay şokoladının satışı 8 milyona çatıb

Bakıda iş icazəsi alanlar arasında Türkiyə vətəndaşları daha çoxdur

"Google" rəqiblərini qabaqlamaq üçün smartfonu ilə bağlı ənənəni pozur

Bazarda bəzi məhsulların qiyməti azaldı - Ucuzlaşma davamlı olacaq?

MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? -AÇIQLAMA

Yeni işə başlayanlar və iş yerini dəyişdirənlər bunları mütləq bilməlidir

“WhatsApp” sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

Birinin qanlı əlcəyi, digərinin dişi satıldı – Məşhurların qeyri-adi hərrac əşyaları

Varlıların həyat dəyişdirən sirrləri

"Base Construction"nın 100 mindən çox borcu var

"Base Construction"nın 100 mindən çox borcu var

Bakıda özəl obyekt sahibindən xəbərsiz sökülüb? - Açıqlama - Video

“Hesabınız dondurulub, müdaxilə var”- DİN-dən vətəndaşlara xəbərdarlıq

Qramı 512 manat olan balın süfrəyə gəlişi -"Mad honey"

MİDA-nın yarım milyonluq tenderi baş tutmadı

Neftimizin qiyməti ucuzlaşıb

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

ABŞ-ın maliyyə naziri: "Çinlə danışıqlar dalana dirənib"

4 yaşında limonad satışı ilə başlayan uğur hekayəsi - SƏHƏR OXUSU

Dividendin hüquqi və maliyyə əsasları – Kimlərə verilir?

"Sebasten İnşaat"ın rəhbərinə “stop” qoyula bilər

Dünyanın ən kiçik, lakin bahalı restoranı: "Solo Per Due"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin