
İlk üç ayda noutbuk istehsalı 75% artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 640 ədəd stolüstü kompüter istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 182 ədəd və ya 3,58 dəfə çoxdur. Ötən ilin eyni dövründə 458 ədəd stolüstü kompüter istehsal edilib.
Hesabat dövründə istehsal olunan noutbukların sayı 1 402 ədəd olub ki, bu da illik müqayisədə 601 ədəd, yaxud da 75,03% çoxdur. Ötən ilin eyni dövründə 801 ədəd noutbuk istehsal edilib.
Ümumilikdə isə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində bu ilin yanvar-mart aylarında 50,9 milyon manatlıq məhsul istehsal olunub. Bu keçən ilin eyni dövünə nisbətən 66,84% azdır. Keçən il bu rəqəm 153,5 milyon manat olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay