BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
68602

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib.

Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. 

Sərəncamla apellyasiya instansiyası məhkəmələri üzrə:

- Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin;

- Mehman Dünyamalı oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

- Əlizamin Gülzalı oğlu Abdullayev Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

- Elçin Məhəmməd oğlu Mehdiyev Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

inzibati məhkəmələr üzrə:

- Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilsin;

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

- Günay Mikayıl qızı İsmayıl Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri təyin edilsin;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

- Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Abbas Əhəd oğlu Rzayev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Xəyal Əjdər oğlu Sarıyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Azər İslah oğlu Paşayev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Elbəy Hidayət oğlu Allahverdiyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

- Fərid İlham oğlu Əyyubov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Natiq Mehdi oğlu Abbasov Ağstafa Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Elmir Xoşbəxt oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Marif Sabir oğlu Kazımov Gədəbəy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

- Ruslan Əliyar oğlu Əlizadə Yevlax Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Gülsarə Kərimovna İmanova Zəngilan Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Elşad İbiş oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin;

- Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Azneftkimyamaş”ın törəməsinin səhmləri satışa çıxarıldı

Məmməd Abbasbəyliyə İqtisadiyyat Nazirliyində vəzifə verildi

Pensiyalar bu tarixdə veriləcək

“Azərnet” şirkəti ləğv edilərək “Ultel”ə birləşir

Regional təhsil idarələrinə yeni müdirlər təyin olundu

Əmanətlərin Sığortalanması Fondu 70 mln. zərər edib - Yığılmış zərəri 740 mln.a çatıb

Azərbaycanda elektrik enerjisi necə istehsal olunur?

Nazirin müşaviri vəzifəsindən azad edildi

Xəstəlik vərəqi ilə bağlı YENİLİK

İcra başçısına yeni müavin təyin edildi

Eldar Əzizov: Bakıda yağış sularının axıdılması sistemi çağırışlara cavab verə bilmədi

Eldar Əzizov: Bakıda yağış sularının axıdılması sistemi çağırışlara cavab verə bilmədi

Bakıda 2 il ərzində yağış sularının axıdılması sistemi müasirləşdiriləcək

"Azercell" qiymətləri yenə qaldırdı - Abunəçilər 500 manat ödəməli olacaqlar

Nərimanovda qaz kəsiləcək

Bundan sonra kredit ödənişlərini gecikdirənlərin adı “qara siyahı”ya düşməyəcək

DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs etdi

Avro və rubl bahalaşdı - YENİ MƏZƏNNƏ

Mülkiyyət işlərində vətəndaşın xeyrinə qəbul edilən qərarlar artıb

"Bitcoin" 87 min dollar oldu - Kriptovalyuta bazarında qiymətlər artdı

Bu rayonlarda zəlzələ oldu

Resessiya nədir və onun təsirlərindən necə qorunmaq olar? - SƏHƏR OXUSU

Resessiya nədir və onun təsirlərindən necə qorunmaq olar? - SƏHƏR OXUSU

Azərbaycanın Britaniyaya ixracı 5 dəfədən çox artıb

Azərbaycan düyü idxalını 7% azaldıb

Azərbaycanın çay ixracı 2025-ci ilin ilk rübündə artıb

Tesla və Alphabet maliyyə hesabatlarını açıqlayacaq - Texnoloji sektorun taleyi bu həftə müəyyənləşir

Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Azərbaycan ilk üç ayda geyimə 103 milyon dollardan çox xərc çəkib

Süni intellekt tədqiqatçısı insan əməyini tamamilə əvəz edəcək startap təqdim edib

Binəqədidə yanğınla əlaqədar bir sıra prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin