
Ölkədə iş axtaranların sayı artıb
Bu ilin yanvar-mart aylarında ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 316 min nəfər olub, onlardan 5 milyon 32 min 800 nəfəri məşğul əhali olub.
Valyuta.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, işsizlərin sayı 283 min 200 nəfər olub.
Cari il yanvar-mart aylarında muzdla çalışan işçilərin sayı 1 milyon 758 min 800 nəfər təşkil edib. Onların 878 min 500 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880 min 300 nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
İqtisadiyyatın neft-qaz sektorunda 31 min 500 nəfər, qeyri neft-qaz sektorunda 1 milyon 727 min 300 nəfər işləyib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,5%-i məhsul istehsalı sahəsindədir. Bu sahədə ən böyük pay 7,5%-lə emal sənayesinə, ən aşağı pay isə 1,7%-lə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə düşür.
Xidmət sahəsində işləyənlərin 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,6%-i təhsil, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlər, sosial təminat, 3,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3%-i istirahət, əyləncə və incəsənət, 2,3%-i maliyyə və sığorta, 1,1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində işləyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay