BAKU Azərbaycan
17.65°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1054
  • TRY
    0.044
  • GBP
    2.2665
68552

Bu gün çox populyar olan QR kodlarını sevdiyiniz restorandakı menyudan tutmuş avtobus dayanacağındakı reklama qədər hər yerdə görə bilərsiniz, hətta geyim etiketlərində belə onlara rast gəlmək olar. Minimalist, amma çox yönlü olan QR kodları fiziki və rəqəmsal dünyalarımızı birləşdirərək bizə hər iki dünyanın ən yaxşı imkanlarını təqdim edir.

Bunu nəzərə alaraq, müştərilərlə qarşılıqlı əlaqəni artırmaq və onlara maraqlı ola biləcək məlumatları dərhal təqdim etmək üçün QR kodlarını mütləq işinizə və ya marketinq strategiyanıza daxil etməlisiniz. 

İlk addım isə bir QR kod yaratma alətindən istifadə edərək öz kodunuzu yaratmaqdır. Daha sonra bu koddan istifadə edərək növbəti kampaniyanızı inkişaf etdirməyin praktik yollarını kəşf edə bilərsiniz.

Valyuta.az bunun üçün sizə lazım olacaq məlumatları təqdim edir:

QR kod nədir?

Tam adı "Quick Response" (Sürətli cavab) olan QR kodları, istifadəçilərə kontaktsız şəkildə məlumat almağa və ya maliyyə əməliyyatları aparmağa imkan verən bir barkod növüdür. Demək olar ki, bütün ağıllı telefonlar tərəfindən skan edilə və oxuna bilir. Sadə və sürətli olmaları səbəbilə istifadəçiləri dərhal hərəkətə keçməyə təşviq edirlər. Bu səbəbdən, marketoloqlar son illərdə QR kodlarını reklam strategiyalarına daha çox daxil etməyə başlayıblar.

Rəqəmsal ödənişlər üçün QR kodları

1994-cü ildə Yaponiyada bir avtomobil şirkəti tərəfindən istehsal zamanı sürətli komponent skanına imkan vermək üçün icad edilən QR kodları son illərdə rəqəmsal cüzdan sahəsində inqilab yaradaraq əhəmiyyətli rol oynayıb. Çinin “Alipay” və “PayPal” kimi dünyaca məşhur ödəniş tətbiqləri, nağdsız əməliyyatlar təqdim etmək və auditoriyalarının dəyişən ehtiyaclarına cavab vermək üçün QR kodlarından istifadə edirlər.

QR kodla ödəniş etmək digər ödəniş üsullarına nisbətən daha sürətlidir. İstər fiziki mağazada, istərsə də onlayn şəkildə, istifadəçilər telefonla QR kodu skan etdikdə, qarşılarına ödəniş ekranı çıxır. Ödənişi təsdiqlədikdən sonra əməliyyat cəmi bir neçə saniyə ərzində tamamlanır.

Alış-veriş üçün QR kodları

QR kodları son dövrlərdə restoran sifariş sistemlərində və xüsusilə pərakəndə satış sahəsində geniş istifadə olunur. ABŞda restoraların yarısı artıq QR kodlu menyulardan istifadə edir.

Pərakəndə satış sahəsində isə QR kodları, markalara hədəf bazarlarına çatmaq üçün yeni giriş nöqtələri yaratmaq imkanı verir. Məsələn, “Adidas” ayaqqabınızın dil hissəsində yerləşən etiketi diqqətlə yoxlasanız, üzərində bir QR kod görərsiniz. Bu kod “Adidas”ın “Spotify” ilə əməkdaşlıq çərçivəsində Boost HD seriyasının təqdimatı üçün həyata keçirdiyi uğurlu marketinq strategiyasının bir hissəsidir. Bu QR kod, yerləşdiyiniz coğrafi mövqeyə görə sizi xüsusi bir siyahıya yönləndirərək hərəkətdə olarkən brendlə qarşılıqlı əlaqədə qalmağınızı təmin edir.

QR kodları niyə getdikcə daha populyar olur?

Hazırkı məlumatlara əsasən, milyardlarla insanın sürətli internetə və ağıllı telefonlara çıxışı olduğundan QR kodları dünyanın bir çox yerində geniş yayılıb. “Apple” şirkətinin iOS 11 yeniləməsi ilə “iPhone”larda, həmçinin Android cihazlarda QR kodların skan olunmasını təmin edən funksiyaların olması, bu texnologiyanın hər kəs üçün əlçatan olmasına səbəb olub. Beləliklə, demək olar ki, istənilən model ağıllı telefon istifadəçisi QR kodlarını gündəlik həyatına daxil edib.

Bu fakt, niyə QR kodlarının getdikcə daha çox iş sahəsi tərəfindən sürətlə mənimsənildiyini daha aydın izah edir. Sahibkarlar QR kodları vasitəsilə mobil ödənişləri və alış-veriş proseslərini asanlaşdırmaqla müştəri təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəklərinin fərqindədirlər. İnsanlar kontaktsız əməliyyatlara üstünlük verməklə yanaşı, eyni zamanda məlumatlara daha tez çatmaq istəyirlər. QR kodları isə rəqəmsal və fiziki dünya arasında körpü yaradaraq hər il daha çox maraq doğurur.

Marketinqdə QR kodlarından istifadə yolları

QR kodlarını marketinq vasitəsi kimi istifadə etmək üçün bir çox səbəb mövcuddur. Müştərilərlə dərhal əlaqə qurmaq, birbaşa məlumat toplamaq və daha sonra bazar seqmentasiyası aparmaq mümkündür. Bundan əlavə, marketinq e-maillərindən tutmuş reklam lövhələrinə qədər istənilən kampaniyada QR kodlardan istifadə edə bilərsiniz.

Aşağıda isə biznesiniz üçün QR kod istifadə etməyin bəzi yolları və faydaları verilib:

Veb trafikini artırın

Veb sayt qurmaq biznesinizin marketinq strategiyası baxımından mühüm addımdır. Broşur, reklam, e-mail və ya qablaşdırmaya yerləşdirilən bir QR kod vasitəsilə saytınıza trafik cəlb edə bilərsiniz. İstifadəçilər kodu skan etdikdə birbaşa veb səhifənizə yönləndiriləcəklər. Eyni prosesi açılış səhifələri üçün də tətbiq etmək mümkündür
.
Kampaniyanızı planlaşdırmadan öncə aşağıdakı suallara cavab verin: İnsanları saytınızın hansı səhifəsinə yönləndirmək istəyirsiniz? Oraya gəldikdə nə etmələrini istəyirsiniz? Bu suallara cavab verən bir QR kod kampaniyası yaradaraq effektiv nəticələr əldə edə bilərsiniz. Özəl QR kod yaratmaq üçün isə bir QR kod alətindən istifadə etməlisiniz.

Mobil tətbiqinizi tanıdın

Tutaq ki, biznesinizi idarə etmək və böyütmək üçün Wix Owner kimi xüsusi bir tətbiq yaratmısınız. Bu tətbiqi müştərilərinizə tam olaraq tanıtmaq üçün marketinqin hər mərhələsində istifadə etməlisiniz. Müştərilərin birbaşa tətbiq mağazasına yönləndirilməsi və tətbiqi endirməsi üçün hər bir broşura, e-mailə, postera və digər görünən materiallara QR kod əlavə etməklə bu prosesi asanlaşdıra bilərsiniz.

Daha çox satış əldə edin

QR kod kuponları, skan edilərək təqdim edilən virtual kuponlardır. Marketinq kampaniyalarında istifadə olunan bu cür təşviqlər, müştəriləri məhsul və xidmətlərinizdən istifadə etməyə həvəsləndirmək üçün təsirli üsuldur. QR kuponunuzu yaratdıqdan sonra, yeni müştərilər cəlb etmək və mövcud müştəriləri mükafatlandırmaq üçün zamanla məhdudlaşdırılmış təkliflər təqdim edə bilərsiniz. Həmçinin, kuponun vizual baxımdan yaxşı görünməsi və müxtəlif cihazlara uyğunlaşması üçün bir freelancer dizaynerdən dəstək ala bilərsiniz.

İş yerinizin yerini QR kodlarla göstərin

Əgər fiziki məkanlı bir mağaza sahibisinizsə, müştərilərinizin xəritədə sizi asanlıqla tapması üçün QR kodlardan istifadə edə bilərsiniz. Sadəcə kodu veb saytınıza, sosial media profillərinizə, poster və ya flayer kimi promosyon materiallarınıza əlavə edin.

İstifadəçilər kodu skan etdikdə, sizi Google Maps və ya digər naviqasiya tətbiqlərində tapa biləcəklər. Bu, mağazanıza çatmağı və sizi tapmağı olduqca asanlaşdırır.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ulduz döyüşləri"nin uçan motosikletləri gerçəyə çevrilir - "Airbike" (FOTO/VİDEO)

5 manatlıq şirkətin 235 min manat vergi borcu var

Bakıda səs yazısı yayılan qalmaqallı direktor işdən ÇIXARILDI

Ölkəyə kartof gətirən "ESTOS"un borcu 200 mini ötdü

Çinli hakerlərin yeni hədəfi: evinizdəki modemlər

“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına təyinat olub

"Google"un süni intellekti həkimlərdən daha dəqiq diaqnoz qoymağı öyrənib

Aleksandr Kazakova “stop” qoyula bilər

Bu ölkə Azərbaycana 15,52 manatdan mixək satıb

Ədədi 503 manatdan gətirilən smartfonlar xaricə 366 manatdan satılıb

Ədədi 503 manatdan gətirilən smartfonlar xaricə 366 manatdan satılıb

AZAL Bakı-Astana reyslərinin sayını artırır

"Apple" yeni "iPhone"ların qiymətini artırmağı planlaşdırır

Azərbaycanda bəzi vətəndaş kateqoriyaları üçün mənzil əldə etmək daha əlçatan olacaq - VİDEO

Vaqif Cavadov istefaya göndərildi

3 manata satılan kabablar hansı ətdən hazırlanır? - VİDEO

Mərkəzi Bank “Azəridmanservis”ə protokol yazdı, məhkəmə icraata xitam verdi

ABB-nin rəhbərliyi bankdan nə qədər qazanır?

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

AFB Bank: Banka gəlmədən kredit götürmənin yeni dövrü – “Başdan Başa” layihəsi®

Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - Müsahibə

Prezident Rəşad Nəbiyevə yeni vəzifə verdi - SƏRƏNCAM

Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edilir

Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edilir

İlham Əliyev yeni rektor təyin etdi

Azərbaycanla Pakistan arasında saziş təsdiqlənəcək

“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon

“Azərenerji” 24 milyon manatlıq günəş enerjisi layihəsi elan edib

Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA

AZAL: Pakistan və Hindistan reysləri bərpa edilir

Ərəb iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin