
14.04.2025 / 20:40
Nazirlik “Türkan-M”in direktorunu cərimələtdirdi
68541
“Türkan-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru cərimələnib.
Valyuta.Az-ın məlumatına görə, MMC-nin baş direktoru İsrəfilov Fazil Məzahir oğlu barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsi (İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi) ilə protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə, Fazil İsrəfilov inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunub.
Sabiq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay