
Azərbaycanın sərhəd ölkələri ilə ticarət əlaqələri - İcmal
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın həmsərhəd dövlətlərlə apardığı ticarət dövriyyəsi 2 mlrd. 255 mln. 406.74 min dollar olub.
Valyuta.Az xəbər verir ki, bunun 1 mlrd. 398 mln. 580.2 min dolları idxalın, 856 mln. 826.54 min dolları isə ixracın payına düşüb.
Bununla cari ilin ilk 2 ayında həmsərhəd ölkələrlə ( Rusiya, İran İslam Respublikası, Gürcüstan və Türkiyə ) aparılan ticarət dövriyyəsində 541 mln. 753.66 min dollar mənfi saldo qeydə alınıb.
Gürcüstan və Türkiyə aparılan ticarət dövriyyəsində təxminən 253 mln. 912.49 min dollar həcmində müsbət saldo qeydə alınsa da, Rusiya və İran İR ilə aparılan ticarətdə 795 mln. 666.15 min dollar həcmində mənfi saldo müşahidə olunub.
Aşağıdakı cədvəldən 2025-ci ilin yanvar-fevral aylarında bu ölkələrlə aparılan ticarət dövriyyəsini görə bilərsiniz: (rəqəmlər min ABŞ dolları ilə yazılıb)
Ölkə | İdxal | İxrac | Saldo |
Rusiya | 847 072.9 | 150 868.24 | - 696 204.66 |
Türkiyə | 431 269.47 | 573 304.08 | 142 034.61 |
Gürcüstan | 18 350.43 | 130 228.31 | 111 877.88 |
İran İslam Respublikası | 101 887.4 | 2 425.91 | - 99 461.49 |
Qeyd edək ki, Türkiyəyə ixracın 7 mln. 442.07 min dollarını neft və 445 mln. 813.48 min dolları təbii qaz ixracı təşkil edib.
Gürcüstana isə 72 mln. 764.72 min dollarlıq təbii qaz ixracı olub.
Rusiya və İran İR-yə isə neft-qaz ixracı həyata keçirilməyib. Lakin, sözügedən dövrdə Rusiyadan 116 mln. 682.77 min dollar həcmində neft və 2 mln. 881.58 min dollarlıq təbii qaz idxal olunub.
Rusiyadan həyata keçirilən idxal, cari ilin ilk 2 ayında ölkənin ümumi idxalının 20.47 %-ni təşkil edib. İran İR-dən ümumi idxalın 2.46 %-i, Türkiyədən 10.42 %-i, Gürcüstandan isə 0.44 %-i təmin olunub.
Sözügedən dövrdə ümumi ixracın 3.17 %-i Rusiyaya, 0.05 %-i İran İR-yə, 12.03 %-i Türkiyəyə və 2.73 %-i Gürcüstana olub.
Bundan əlavə həmin dövrdə ən çox məhsul ixrac olunan ölkələrin ilk onluğunda Türkiyə II, Rusiya VII, Gürcüstan isə VIII yeri tutub. Ən çox idxal həyata keçirilən ölkələrin siyahısında isə Rusiya I, Türkiyə III, İran İR isə IX yerdə qərarlaşıb.
Qeyri-neft məhsullarının ixrac olunduğu ölkələrin siyahısında Rusiya, Türkiyə və Gürcüstan müvafiq olaraq I, II və III yeri tutub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ticarət dövriyyəsi 8 mlrd. 904 mln. 490.91 min dollar təşkil edib. Bunun da 4 mlrd. 766 mln. 470.26 min dolları ixracın, 4 mlrd. 138 mln. 20.65 min dolları isə idxalın payına düşüb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay