
Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb
2025-ci ilin fevral ayında Azərbaycan Rusiya Federasiyasından qaz idxalına başlayıb.
Valyuta.Az xəbər verir ki, fevralda Rusiyadan ümumi dəyəri 2 mln. 881.58 min dollar olan 15 mln. 576.09 min kubmetr qaz idxal olunub.
Xatırladaq ki, cari ilin ilk ayında Azərbaycana sadəcə Türkmənistandan qaz idxalı olub.
Həmçinin oxu: Azərbaycana qaz ixracı - Yanvar 2025
Cari ilin yanvar-ferval aylarında isə Türkmənistandan toplamda 13 mln. 25.84 min dollar dəyərində 86 mln. 838.94 min kubmetr qaz idxal olunub.
Qeyd edək ki, bu dövrdə Azərbaycandan 6 ölkəyə toplamda 4 mlrd. 187 mln. 47.23 min kubmetr təbii qaz ixrac olunub ki, bundan əldə olunan gəlir isə 1 mlrd. 550 mln. 401.43 min dollar olub.
Sözügedən məhsulun ən çox ixrac olunduğu ölkə isə İtaliya, Türkiyə və Gürcüstan olub. Cari ilin ilk 2 ayında İtaliyaya toplamda 1 mlrd. 621 mln. 889.57 min kubmetr, Türkiyəyə 1 mlrd. 568 mln. 447.58 min kubmetr, Gürcüstana isə 552 mln. 260.45 min kubmetr qaz ixracı olub.
Əldə olunan gəlir isə müvafiq olaraq 832 mln. 821.15 min dollar, 445 mln. 813.48 min dollar və 72 mln. 764.72 min dollar olub.
Xatırladaq ki, cari ilin yanvar ayında İtaliyaya 891 mln. 323.34 min kubmetr, Türkiyəyə 875 mln. 811.54 min kubmetr, Gürcüstana isə 296 mln. 278.09 min kubmetr təbii qaz nəql olunub.
2025-ci ilin ilk 2 ayında Azərbaycandan qaz nəqli həyata keçirilən digər ölkələr isə Serbiya, Bolqarıstan və Yunanıstan olub.
Açıqlanan rəsmi rəqəmlərə əsasən, Serbiyaya 46 mln. 500.5 min dollar dəyərində 94 mln. 744.18 min kubmetr, Bolqarıstana 79 mln. 166.09 min dollar dəyərində 215 mln. 577.45 min kubmetr, Yunanıstana isə 73 mln. 335.47 min dollar dəyərində 134 mln. 128.01 min kubmetr qaz nəqli olub.
Maraqlıdır ki, Gürcüstana nəql olunan qazın həcmi Bolqarıstana nəql olunan qazdan təxminən 2.5 dəfə çox olsa da, Bolqarıstana ixracdan əldə olunan gəlir daha çox olub. Belə ki, Gürcüstana nəql olunan 552.2 mln. kubmetr qazın müqabilində 72.7 mln. dollar gəlir əldə olunubsa, Bolqarıstana nəql olunan 215.5 mln. kubmetr qazın müqabilində 79.1 mln. dollar gəlir əldə olunub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay