
11.04.2025 / 20:16
İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı
68435
Xaçmazda çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadı əsaslı təmir olunacaq.
Valyuta.Az xəbər verir ki, bununla bağlı Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq işlərə start verilib.
Məlumata əsasən, Xaçmaz şəhəri, N. Nərimanov küçəsi 66A, N. Nərimanov küçəsi 78, X. Natavan küçəsi, 27A, İstisu qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasının dam örtüyün təmiri və H. Əliyev küçəsi və H.Z. Tağıyev küçəsi ilə kəsişmədə yerləşən çoxmənzilli yaşayış binasının dam örtüyünün və fasadın təmiri ilə bağlı tender elan edilib.
05.05.2025 tarixinə qədər davam edəcək tenderin ehtimal olunan qiyməti 594.379,00 AZN-dir.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay