BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
68364

"Bakı metropoliteni"ndə sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.

Valyuta.az xəbər verir ki, bu barədə "Modern.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O, qeyd edib ki, hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır:

"Qırmızı və yaşıl xətlər isə “28 May” stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə – ən yaxşı halda 4 dəqiqəlik intervalla – platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4 dəqiqəlik intervalda işləyən stansiyalarda platformalarda sıxlığın artmasına və gözləmə müddətlərinin uzanmasına səbəb olur.

Mövcud şəraitdə problemin əsaslı və uzunmüddətli həlli – yaşıl və qırmızı xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsidir.

Bu məqsədlə ilk olaraq “Dərnəgül” elektrik deposunun tikintisinə start verilib. Bu depo yaşıl xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.

Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə – “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək “Nizami” stansiyasını birbaşa “Cəfər Cabbarlı” stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.

Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.

Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır".

B.Məmmədov tikinti dövründə nəqliyyatın təşkili və məhdudiyyətlər barədə də danışıb:

"Xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub. Məhz bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcəkdir. Tikinti müddətində “Nizami” stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:

"Dərnəgül" istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;

“Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.

İçərişəhər–28 May–Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək. Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.

Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət edən metro xətlərinə keçid üçün zəruri mərhələdir".

Mətbuat katibi tikinti sonrası gözlənilən dəyişikliklər və üstünlüklərin nələrədən ibarət olacağını da açıqlayıb:

"Görüləcək işlərin nəticəsində platformalarda sərnişin sıxlığı azalacaq və gözləmə müddəti qısalacaq. Bildiyiniz kimi, bu gün “28 May” stansiyasında həm “İçərişəhər”, həm də “Dərnəgül” istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur.

Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da “28 May” stansiyasından yalnız “İçərişəhər” və “Həzi Aslanov” istiqamətinə, “Cəfər Cabbarlı” stansiyasından isə yalnız “Dərnəgül” və “Xətai” istiqamətinə gedən qatarlara minik mümkün olacaqdır.

Əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər. Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcəkdir.

Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaqdır. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.

Bakı Metropoliteni, bu mühüm mərhələnin mümkün qədər operativ şəkildə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edir, sərgilənəcək anlayışa görə sərnişinlərə və ictimaiyyətə təşəkkürünü bildirir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rezidentura imtahanının nəticələri açıqlandı

Naxçıvanda Azərbaycan XİN-in Aparatının idarəsi yaradılacaq

Qazaxıstan investorlar üçün "Qızıl Viza" proqramını istifadəyə verib

“Neuralink” xəstəsi beynilə video çəkib "YouTube"a yerləşdirdi

Prezidentdən Xarici İşlər Nazirliyi ilə bağlı FƏRMAN

Prezidentdən Xarici İşlər Nazirliyi ilə bağlı FƏRMAN

Bu şəxslər də günərzi sosial xidmətlərlə əhatə olunacaq - Prezident təsdiqlədi

Daha iki ərazidə metro olacaq - AÇIQLANDI

Süni intellekt cinayətləri baş vermədən əvvəl aşkar edə bilərmi?

"Kartdan-karta" üsulu ilə işləyən sahibkarlara nəzarət tədbirləri bərpa olundu

​Trendyol və PAŞA Holding genişmiqyaslı ağacəkmə kampaniyasına başlayıb

Azərbaycan Tibb Universitetinin ən yüksək keçid balları

Bələdiyyə torpaqları hərraca çıxarılır - Qiymətlər

Titanik gəmisində batmış ən qiymətli bağlama: 2 milyon dollarlıq quş lələyinin hekayəsi

Universitetlərdə plagiat həddi: Neçə faizə qədər qəbul edilir?

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu®

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu®

Su Meliorasiya Xidməti 100-cü tenderini elan etdi

Tramp xarici filmlərə 100% vergi qoyur

AZCON-da üç departamentə direktor təyin edilib

Gömrük daxilolmaları 4 ayda 2,6 mlrd manat olub

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 4 % artıb

Rəşad Nəsirov vəzifəsindən azad edildi

Dövlət büdcəsinin gəlirləri 14 mlrd. manata yaxınlaşıb

Dövlət büdcəsinin gəlirləri 14 mlrd. manata yaxınlaşıb

Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı - FOTO

Prezident məscidin təmirinə pul ayırdı

“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı azalıb

Yarım milyard manatlıq kibercinayətlə bağlı məhkəmədə: Ofisdə aşkarlanan 700 min dollar pul bacıma aid idi

Bu dərmanlar pulsuz olacaq

Bakının bu rayonunda işıqlar kəsiləcək

Müəllimlərin vakansiya seçimi prosesi uzadıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin