
10.04.2025 / 22:05
Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq
68349
İşğaldan azad edilmiş ərazilərdə avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur.
Valyuta.Az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən müvafiq işlərə start verilib.
Əldə etdiyimiz məlumata əsasən, atmosfer proseslərinin izlənilməsi məqsədilə quraşdırılması planlaşdırılan stansiyalar üçün nazirlik tərəfindən 376.908,17 AZN ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, elan edilən sözügedən tender üçün təkliflərin son təqdim olunma tarixi 06.05.2025-ci il saat 11:00 təyin olunub.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay