BAKU Azərbaycan
32.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
68292

Azərbaycanın iki bölgəsində - Gəncə və Qəbələdə Olimpiya İdman Komplekslərinin tikintisinə start verilib.

Valyuta.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi artıq tikinti işləri üçün podratçı şirkətlərlə müqavilə bağlayıb.

Layihəyə əsasən, Gəncə Olimpiya İdman Kompleksinin inşasını “Modern Construction” MMC həyata keçirəcək. Bu işin ümumi dəyəri 8,3 milyon manat təşkil edir. Qəbələdə inşa ediləcək kompleks isə “The Best Constructions” MMC-yə həvalə olunub və layihənin dəyəri 7,3 milyon manatdır.

Beləliklə, iki iri idman kompleksinin tikintisi üçün dövlət tərəfindən ümumilikdə 15,6 milyon manat vəsait ayrılıb.

Bu təşəbbüs, bölgələrdə idmanın inkişafına və gənclərin sağlam həyat tərzinə təşviqinə xidmət edən mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, Gəncə Olimpiya İdman Kompleksinin birinci korpusu 2002-ci, ikinci korpusu isə 2006-cı ildə istifadəyə verilib. Ümumi sahəsi 1,9 hektar olan idman mərkəzində 900 nəfərlik əsas idman zalı (48x22 m) və 220 nəfərlik güləş zalı (32x22 m) fəaliyyət göstərir. Burada ölçüsü 25x15 metr olan, 120 nəfərlik tamaşaçı tutumuna malik örtülü üzgüçülük hovuzu da mövcuddur.

Qəbələ Olimpiya İdman Kompleksi isə 6 yanvar 2012-ci ildən fəaliyyət göstərir. Ümumi ərazisi 4,3 hektar olan kompleksdə 744 nəfərlik universal idman zalı, üzgüçülük hovuzu və 2 fitnes zalı mövcuddur. Kompleksdə həmçinin 40 nəfərlik yeməkxana, 1409 nəfərlik futbol stadionu, basketbol və minifutbol meydançaları fəaliyyət göstərir. Ərazidə idmançılar üçün 9 otaqlı, 30 nəfərlik 3 kotec də yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda böyük söküntü işləri başladı, park salınacaq

"Kofeşop" biznesi satışa çıxarılıb - QİYMƏT

32 illik müəllimlik karyerasını biznesinə görə tərk edir – Brendi ilə xaricdə də tanınan 61 yaşlı biznes xanımı - Müsahibə

32 illik müəllimlik karyerasını biznesinə görə tərk edir – Brendi ilə xaricdə də tanınan 61 yaşlı biznes xanımı - Müsahibə

Azərbaycan nefti ucuzlaşıb

Brendin "səsi"ni xarici dilə necə çevirməli?

Valyuta böhranı - Xüsusiyyətləri və təsirləri

Türk lirəsi manata qarşı ucuzlaşdı

Bu şirkətin vergi borcu 40 mini ötüb

Musiqi Kollecinə məxsus əmlak hərraca çıxarılır

"Bitcoin" 105 min dollara düşdü

Qazancınızı artıra biləcəyiniz 8 üsul – “Yox” deməyi bacarın - SƏHƏR OXUSU

Tarixin ən böyük təyyarəsi gəlir - "WindRunner"

"Apple" "iPhone"u niyə ABŞ-da istehsal etmir?

"AzToyuq"da vergi yoxlaması: Pozuntular aşkarlandı

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)

10 manatlıq şirkətin vergi borcu var

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

2025-ci ilin ilk rübündə ən çox satılan ağıllı telefon bu olub

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin