
Almaniyada yeni hökumət qurulur
Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar federal seçkilərin qalibi olan Xristian Birlik bloku (CDU/CSU) ilə Sosial Demokratlar Partiyası (SPD) koalision hökuməti formalaşdırmaq barədə razılığa gəlib.
Bu barədə Xristian Demokratlar İttifaqının (CDU) sədri Fridrix Merts, Xristian Sosialistlər İttifaqının sədri (CSU) Markus Söder, SPD-nin həmsədrləri Lars Klinqbayl və Saskia Eskenin aprelin 9-da keçirdikləri birgə mətbuat konfransında məlumat verilib.
Razılaşmaya əsasən, CDU 6, CSU 3, SPD isə 7 nazirlikdə yer alacaq. CDU-nun lideri Fridrix Mertsin Kansler olacağı hökumətdə vitse-kansler vəzifəsini SPD təmsilçisi icra edəcək.
Kansler Ofisi, İqtisadiyyat və Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil, Ailə, Yaşlılar, Qadınlar və Gənclər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Rəqəmsallaşma və Dövlət Modernləşdirilməsi Nazirliyinə CDU-dan nazirlər təyin olunacaq.
©modern.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay