BAKU Azərbaycan
25.03°C
  • USD
    1.7
  • EUR
    1.9274
  • RUB
    2.0529
  • TRY
    0.0441
  • GBP
    2.2603
68277

Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb və o, təqaüdə göndərilib.

Bu il 70 yaşını qeyd edən Xanlar Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Baş prokurorun müavini — Hərbi prokuror vəzifəsinə təyin edilib. 24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilib.

Ötən gün onun səlahiyyət müddəti başa çatıb və yenidən eyni vəzifəyə təyin edilməyib.

Qeyd edək ki, Xanlar Vəliyevin yerinə hələlik təyinat olmayıb.

Modern.az Azərbaycanın hərbi prokurorlarını araşdırıb.

SSRi dağıldıqdan müstəqil Azərbaycan Respublikasının Hərbi prokurorluq orqanları yaradılmağa başlandı. Hal-hazırda Azərbaycan Respublikasının Prokurorluq orqanları sistemində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan, Bakı, Qubadlı, Kəlbəcər, Sumqayıt, Gəncə, Şəmkir, Tərtər, Ağdam, Füzuli, Lənkəran və Zaqatala hərbi prokurorluqları fəaliyyət göstərir.

Azərbaycanın ilk hərbi prokuroru Rövşən Əliyev olub. O, 1977-ci ildə Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayır. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, respublika prokurorluqlarında istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini, Baş Prokurorun müavini və Hərbi Prokuror vəzifələrinə qədər yüksəlib. 1992–1993-cü illərdə Hərbi Prokurorluğa rəhbərlik edib. Rövşən Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Baş Prokurorluğun ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, 2002-ci ilin 13 martında Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.

1992-ci ildən Respublika hərbi prokurorunun 1-ci müavini vəzifəsində çalışan Nizami Təhməzov 1993–1995-ci illərdə Respublika hərbi prokuroru olub. O, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Respublika prokurorluğuna göndərilib. Bir müddət Ağdam, Şahbuz, Kürdəmir, Neftçala, Lənkəran və Bakının Əzizbəyov rayon prokurorluğunda müstəntiq işləyib. Daha sonra Respublika Prokurorluğunda şöbə prokuroru vəzifəsinə irəli çəkilir. 1984-cü ildə Bakı şəhər prokurorluğunda mühüm işlər müstəntiqi vəzifəsinə təyin olunan Nizami Təhməzov həmin vəzifədə 1992-ci ilə kimi çalışıb. Nizami Təhməzov 25 avqust 1993-cü ildə H. Əliyevin fərmanı ilə Respublika Hərbi prokuroru təyin olunub və fəaliyyətin ilk vaxtlarında ona ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib. O, 2018-ci ildə 70 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

1995–2000-ci illərdə Respublika hərbi prokuroru vəzifəsini Ramiz Rzayev tutub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Baş Prokuror yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Baş Prokuror yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Hərbi Prokuroru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilib. 2000–2005-ci illərdə Baş prokurorun birinci müavini olub. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olub. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.

2000–2005-ci illərdə Hərbi Prokurorluğa rəhbərlik edən olmayıb. 2000–2003-cü illərdə Baş prokurorun müavini Siyasət Alıyev, 2003–2005-ci illərdə isə Baş prokurorun müaviniİlham Məmmədov hərbi prokuror vəzifəsini müvəqqəti icra edib.

Xanlar Vəliyev isə 2005-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru təyin olunub. O, həmin dövrdən ötən günədək quruma rəhbərlik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Abunəçilər su pulunu hissə-hissə ödəyə biləcəklər - RƏSMİ

"NSO Group" şirkəti casusluq edirmiş - "WhatsApp"a 167 milyon dollar təzminat ödəyəcək

4,9 milyonluq tender elan edildi

Nazir müavini işdən çıxarıldı

Prezident İlham Əliyevin Vyetnam KP MK Baş katibi ilə məhdud tərkibdə görüşü başlayıb

Prezidentdən sənaye parkları ilə bağlı Fərman

Yeni dövlət rüsumu müəyyənləşdi - 1 100 manatdan

Bu Mərkəzdən “Kripto Lab”a 977 min manatlıq sifariş

150 kirayə mənzil satışa çıxarılır

Azərbaycan bu ölkəyə ədədi 24 manatdan göyərçin satıb

Azərbaycan bu ölkəyə ədədi 24 manatdan göyərçin satıb

"AzerGold"un nizamnamə kapitalı 216,3 milyon manat artırılacaq

Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq

Hökumə Əliyevanın ev muzeyi tikilir

Azərbaycan və ABŞ bank tənzimlənməsi üzrə ikinci dəfə danışıqlar aparacaq

Şəxsi problemləri rəhbərliklə paylaşmaq doğrudurmu?

Azərbaycan dili imtahanının ikinci cəhdinə qeydiyyat tarixi açıqlandı

İraq Azərbaycanla uçuşları bərpa etmək istəyir

Bank necə icazə verir ki, başqası adımıza kredit götürür?

“AccessBank”dan geri addım - Depozit faizlərini endirdi

“AccessBank”dan geri addım - Depozit faizlərini endirdi

"Nvidia" rəhbəri çip ixracının sərbəst buraxılmasını istəyir

Türkiyənin ən varlı adamları açıqlandı (SİYAHI)

Azərbaycanda ən çox təhsil haqqı tələb edən 10 ixtisas

Azərbaycanın özəl universitetlərinin KEÇİD BALLARI

S&P: Azərbaycan bank sektorunda aparılan islahatlarla regionda irəlidədir

“Gömrük dəyərində guya 97 665 manat fərqin olduğunu dedilər”

Tapdıq Həsənova “AL Market”də yeni vəzifə verildi

Bayram günündə Bakı-Sumqayıt-Bakı istiqamətində qatarların hərəkət qrafiki açıqlandı

Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində uduzdu

Bakıda 20 gün əvvəl təmir edilən yolun çökmə səbəbi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin