BAKU Azərbaycan
32.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
68271

Xırdalan şəhər “Jasmine Park” yaşayış kompleksinin sakinləri əmlak hüquqlarının təmin edilmədiyini deyirlər.

Qafqazinfo.az-a müraciət edən vətəndaşların sözlərinə görə, illər öncə ödənişini edib aldıqları mənzilin çıxarışı hələ də verilməyib.

Sakinlər bu kompleksin tikintisinin 2020-ci ildə başladığını və həmin vaxt da buradan mənzil aldıqlarını əlavə ediblər: “Jasmine Park”dan mənzili alarkən inşaat işləri katlavan mərhələsində idi. Baxmayaraq ki, ortada nə bina, nə də mənzil var idi, biz Şərurlu İsfəndiyara inanıb sərmayə qoyduq və mənzil aldıq. O zaman satış meneceri bizi əmin etdi ki, binalar hazır olan kimi bütün kommunal xidmətlər və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təmin ediləcək. 2022-ci ildə binalar tam hazır idi. Elə biz də həmin il yeni mənzilimizə köçdük. Baxmayaq ki, ev üçün 5 il əvvəl ödəniş etmişik, bizim hələ də əmlak hüququmuz təmin edilməyib. Mənzillərimizin çıxarış alması üçün müvafiq dövlət qurumuna müraciət edilmir ki, əmlakımız qeydiyyata alınsın”.

Şikayətçilərin əllərində olan sənəd isə yalnız “Şərur MTK”dan mənzil almaq barədə müqavilə və maliyyə arayışıdır: “Bu vəziyyətlə bağlı “Şərur inşaat”ın məsul şəxslərinə müraciət etsək də, sualımız cavabsız qalır. Onlar “kupça”ların nə vaxt veriləcəyini demirlər. İsfəndiyar Axundov isə mövzu ilə bağlı sakinləri nə qəbul edir, nə də ki, şikayətlərini dinləyir. Köməkçisi vasitəsilə sakinlərə deyir ki, kompleks tam hazır olduqdan sonra çıxarışlar veriləcək. Bu kompleksin inşaatı, yuxarıda da qeyd etdiyimiz kimi 2020-ci ildə başlayıb. Deyilənə görə, ümumilikdə 12 bina tikintisi nəzərdə tutulub. 5 il ərzində 4 bina tikilib. Qalan 8 binanın isə nə zaman tikiləcəyi bəlli deyil. Hazırda cəmi üç əlavə binanın inşaat prosesi davam edir. 5 il ərzində 4 bina tikiblərsə, əlavə 8 binanın tikintisi üçün ən yaxşı halda 10 il tələb oluna bilər. Həmin vaxta qədər sakinlərin əmlak hüquqlarının pozulması davam edə bilməz. Çünki insanlar nağd şəkildə ödəniş edərək evlərinin çıxarışını almalıdırlar. Bu onların konstitusion hüquqlarıdır”.

Belə bir vəziyyətdə sakinlər təbii olaraq aldıqları evlərə qeydiyyata da düşə bilmirlər: “Bəzi sakinlər övladlarını məktəbə və ya uşaq bağçasına yazdırmaqdan ötrü polis idarəsində qeydiyyata düşürlər. “Jasmine Park”da evləri olduğu halda ora qeydiyyata düşə bilmirlər. Sənəd məsələsinin həll olunmaması şirkətin maraqlarına uyğundur. Çünki mənzillərini satmaq istədikdə məcburən şirkətə müraciət edirlər. Alqı-satqı müqaviləsinin dəyişdirilməsi şirkətdə həyata keçirilir. Müqavilənin dəyişdirilməsi üçün şirkət sakinlərdən qeyri-qanuni şəkildə 3000 manat vəsait tələb edir. Mənzilin çıxarışı olacağı təqdirdə, daha az dövlət rüsumu ödəməklə alqı-satqı ola bilərdi. Lakin şirkət çıxarışları verməməklə özü üçün əlavə qazanc yeri təmin edir. Belə ki, hər alqı-satqı prosesindən əlavə 3 min manat qazanır ki, bu da qanunsuzdur. Həmin 3 min manatın qeydiyyatı aparılmır və heç bir vergi prosesinə cəlb edilmir.

İşin maraqlı tərəfi budur ki, “Şərur inşaat”ın inşa etdiyi binaların əksəriyyətində 10 illər keçməsinə baxmayaraq, çıxarışlar təqdim olunmayıb”.

İddialarla bağlı “Şərur” MTK ilə əlaqə saxlanılıb. Şirkətin Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova şikayətlər haqda bunları dedi: “Tikinti kompleksi 11 girişdən ibarətdir, 4 girişi hazırdır. Qalanlarının tikintisi isə davam etdirilir. Tikinti tam başa çatdıqdan sonra istismara veriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qarabağda biznes qurmaq istəyən Türkiyə şirkətlərinin sayı açıqlandı

Sabah Bakıda 35, bölgələrdə 36 dərəcə isti gözlənilir

Zəngilana daha 533 ailə köçürüləcək - 483 min manatlıq layihə

"Azercell" yenə qiymət qaldırdı - 35 qəpik ödəyəcəyik

Youtube-da hansı videolar kəşfetə düşür?

Xaricə satışdan milyonlar qazanan "Azərpambığ"ın gəlirləri azaldı

Xaricə satışdan milyonlar qazanan "Azərpambığ"ın gəlirləri azaldı

Azərbaycan və Çin vətəndaşlarının vizadan azad edilməsi haqqında saziş təsdiqləndi

SEC "Binance"a qarşı qaldırdığı iddianı geri çəkdi

Bu universitetdə 10 milyonluq təmir işləri görüləcək

“Payonix” ardıcıl ikinci ildir zərərdə: aktivlər azalır, strukturda risk artır

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

“İnkişaf üçün Maliyyə”də geriləmə - Mənfəəti 16% azalıb

Fariz Cəfərov: “2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq”

Moskva-Qəbələ reysi açılır

Bakıda böyük söküntü işləri başladı, park salınacaq

"Kofeşop" biznesi satışa çıxarılıb - QİYMƏT

32 illik müəllimlik karyerasını biznesinə görə tərk edir – Brendi ilə xaricdə də tanınan 61 yaşlı biznes xanımı - Müsahibə

32 illik müəllimlik karyerasını biznesinə görə tərk edir – Brendi ilə xaricdə də tanınan 61 yaşlı biznes xanımı - Müsahibə

Azərbaycan nefti ucuzlaşıb

Brendin "səsi"ni xarici dilə necə çevirməli?

Valyuta böhranı - Xüsusiyyətləri və təsirləri

Türk lirəsi manata qarşı ucuzlaşdı

Bu şirkətin vergi borcu 40 mini ötüb

Musiqi Kollecinə məxsus əmlak hərraca çıxarılır

"Bitcoin" 105 min dollara düşdü

Qazancınızı artıra biləcəyiniz 8 üsul – “Yox” deməyi bacarın - SƏHƏR OXUSU

Tarixin ən böyük təyyarəsi gəlir - "WindRunner"

"Apple" "iPhone"u niyə ABŞ-da istehsal etmir?

"AzToyuq"da vergi yoxlaması: Pozuntular aşkarlandı

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin