
09.04.2025 / 13:50
“Bakı Kart”ın operatoru nizamnamə kapitalını azaldır
68236
“K Group” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldır.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 3 milyon 700 min 9 manat 99 qəpik azaldıb. Hazırkı nizamnamə kapitalı 19 milyon 300 min manat təşkil edir.
Qeyd edək ki, 2014-cü ildə dövlət qeydiyyatına alınan şirkət ictimai nəqliyyatda nağdsız ödəniş sistemlərinin idarə edilməsi və inkişafı ilə məşğuldur.
Bu çərçivədə, şirkət Bakı şəhərində avtobus və metro nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru kimi fəaliyyət göstərən özəl bir şirkətdir. Qanuni təmsilçisi isə Allahverdiyev Məmməd Ənvər oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay