BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
68216

Qeyd olunan dövrdə Baş Prokurorluq tərəfindən mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb.

Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb.

Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyindən, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyəti üzrə SHXÇDX-ə təqdim olunub.

Sözügedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 1 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı Baş İdarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir, 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. 

Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdimatlar göndərilib. 

Həkim-Məsləhət Komissiyalarının tərkibinə yenidən baxılması üçün də SHXÇDX-ə müraciət edilib.

Qeyd edək ki, bu sahədə daha kəsərli tədbirlərin görülməsi nəticəsində Baş İdarədə 2023-cü ildə 23, 2024-cü ildə isə 49 material üzrə araşdırma aparılıb, ümumilikdə 6 əməliyyat-axtarış tədbiri həyata keçirilərək nəticədə 6 cinayət işi başlanaraq məhkəmələrə göndərilib. 

Həmçinin, 2023–2024-cü illər ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin vəzifəli şəxsləri barəsində 5 halda prokuror təsir tədbirləri tətbiq olunub.

Ümumilikdə isə, 2023–2024-cü illər ərzində Baş İdarədə SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 13 cinayət işi istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ Çinli tələbələrin vizalarını ləğv edəcək

İlon Mask Donald Tramp administrasiyasını tərk edir

Avro dəyər itirir - Günün məzənnəsi

"Apple" bütün əməliyyat sistemlərinin adlarını dəyişəcək

"Bitcoin"in qiyməti düşərkən, "Ethereum" irəliləyir

Zənginlər bu 7 maliyyə səhvini etmirlər - SƏHƏR OXUSU

Çin bu ölkələrə viza rejimini ləğv etdi

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 mln. manatlıq peyvənd gətiriləcək

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 mln. manatlıq peyvənd gətiriləcək

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

Avropada yay istirahəti üçün 13 gözlənilməz məkan - SİYAHI

Qəpiklə ödəniş edilməsin deyə, belə etdilər -FOTO

Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb

Azərbaycan neft hasilatı ilə bağlı qərar verdi

Azərbaycan dünyada şaftalı ixracatında neçənci yerdədir? - SİYAHI

Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?

Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?

Yeni araşdırma: Süni intellekt hansı peşələri əlimizdən ala bilər?

Bu Mərkəz 52 min manatlıq avtomobil alır

İşlənmiş 8 etibarlı avtomobil – 2025-ci ildə almağa dəyər

Səudiyyə Ərəbistanı Premyer Liqasının ən bahalı 10 futbolçusu - SİYAHI

Sahil Babayev Elvin Hacıyevə yüksək vəzifə verdi (FOTO)

Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB

Bu fermerlərə 15 min ayrılacaq

Qurban Pirimova yüksək vəzifə verildi

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Azərbaycan və Türkiyə liderləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olublar

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

GPT-4 insanlarla debat testində - 64 faizlə qalib sizcə kim oldu?

Laçın Hava Limanının açılışı oldu, Prezidentlər iştirak etdi - YENİLƏNİB

Laçında bu müəssisələrdə çalışanlar 1000 manat maaş alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin