
“Brent”də 4 ilin ən kəskin geriləməsi: Qiymət 60 dollar həddində
Neft bazarlarında son saatlar ərzində müşahidə olunan dalğalanmalar qiymətlərə ciddi təsir göstərib. Londonun ICE birjasında 2025-ci ilin iyun ayı tədarükü üzrə "Brent" markalı neft füçersləri 25 mart 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 61 dollar səviyyəsindən aşağı ticarət olunub.
Valyuta.az-ın ticarət platformalarından əldə etdiyi məlumata görə, Bakı vaxtı ilə saat 04:00-da "Brent"in qiyməti 5.39% azalaraq 60.89 dollara enib. Təxminən yarım saat sonra isə qiymət azalma tempini bir qədər zəiflədərək 60.98 dollar səviyyəsində stabilləşib (azalma 5.25%).
Qeyd edək ki, gecə saat 01:18-də "Brent"in iyun füçersləri 3.79% dəyər itirərək 61.78 dollar səviyyəsinə düşmüşdü. Bu, 2021-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.
Eyni zamanda, may ayı tədarükü ilə WTI markalı neftin qiymətində də 6.52%-lik geriləmə qeydə alınıb – bu markalı neft hazırda bir barel üçün 57.54 dollardan ticarət olunur.
Qiymətlərdəki bu kəskin enmənin əsas səbəbi kimi ABŞ və Çin arasında ticarət gərginliyinin artması göstərilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay