
08.04.2025 / 17:50
İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı
68188
İsmayıllının Tircan kəndində yerləşən “Zəngəzur Harmony” oteli və otelin tərkibində olan 5 ayrı tikili icra məmurlarının sifarişi ilə hərrac yolu ilə satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, ən böyük sahəyə (1 764,8 kvadrat metr) məxsus 5 mərtəbəli bina - 3 milyon 350 min manat ilkin qiymətlə satışdadır.
Digər tikililər isə belə qiymətləndirilib:
1 590,5 kv.m olan 3 mərtəbəli obyekt - 2 milyon 800 min manat
631,2 kv.m olan 3 mərtəbəli obyekt - 1 milyon 220 min manat
255,4 kv.m olan 2 mərtəbəli obyekt - 870 min manat
719 kv.m olan 2 mərtəbəli obyekt - 910 min manat
Hərracın 28 aprel 2024-cü il tarixində baş tutacağı və iştirak etmək istəyənlərin ilkin satış qiymətinin 5%-i qədər beh ödəməli olduğu bildirilib.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay