BAKU Azərbaycan
32.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
68183

Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən “Avşarlar" MMC-yə məxsus “Mona Liza" şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən edilib.

Valyuta.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Belə ki, şadlıq sarayının mətbəxinə və toy şənliyinin keçirildiyi zala baxış keçirilən zaman müxtəlif həcmdə aşkar saxtalaşdırma əlamətləri olan, küstar üsulla doldurulmuş, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan “Oneqin” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Agentlik tərəfindən həmin içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb və  məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunub.

Həmçinin yoxlama zamanı şadlıq sarayında yararlılıq müddəti bitmiş kolbasa məhsulu, üzərində etiket məlumatları və müvafiq sənədləri olmayan turşu və pendir məhsulları da aşkar edilib. Eyni zamanda qida obyektində sanitar-texniki və sanitar-gigiyenik tələblərin gözlənilmədiyi, ət, tərəvəz və alkoqollu içkilərin saxlandığı soyuducunun divar hissələrinin və rəflərinin, həmçinin ət asılan qarmaqların korroziyaya uğradığı, ətin emalı, xammalın qəbulu və anbar sahələrində kanalizasiya və su borularının izolyasiya edilmədiyi, alkoqolsuz içkilərin  birbaşa boruların altında saxlandığı, havalandırma sisteminin qurulmadığı, isti yeməklərin hazırlandığı və quru məhsul anbarı sahələrində tavanın tamlığının pozulduğu, doğrama lövhələrinin təmizlənmədiyi, işçi heyətin soyunub-geyinmə otağı ilə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı məlum olub. 

Fakt bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nərə balığının kürüsünü xaricə neçəyə satırıq?

Qarabağda biznes qurmaq istəyən Türkiyə şirkətlərinin sayı açıqlandı

Sabah Bakıda 35, bölgələrdə 36 dərəcə isti gözlənilir

Zəngilana daha 533 ailə köçürüləcək - 483 min manatlıq layihə

"Azercell" yenə qiymət qaldırdı - 35 qəpik ödəyəcəyik

Youtube-da hansı videolar kəşfetə düşür?

Xaricə satışdan milyonlar qazanan "Azərpambığ"ın gəlirləri azaldı

Xaricə satışdan milyonlar qazanan "Azərpambığ"ın gəlirləri azaldı

Azərbaycan və Çin vətəndaşlarının vizadan azad edilməsi haqqında saziş təsdiqləndi

SEC "Binance"a qarşı qaldırdığı iddianı geri çəkdi

Bu universitetdə 10 milyonluq təmir işləri görüləcək

“Payonix” ardıcıl ikinci ildir zərərdə: aktivlər azalır, strukturda risk artır

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

“İnkişaf üçün Maliyyə”də geriləmə - Mənfəəti 16% azalıb

Fariz Cəfərov: “2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq”

Moskva-Qəbələ reysi açılır

Bakıda böyük söküntü işləri başladı, park salınacaq

"Kofeşop" biznesi satışa çıxarılıb - QİYMƏT

32 illik müəllimlik karyerasını biznesinə görə tərk edir – Brendi ilə xaricdə də tanınan 61 yaşlı biznes xanımı - Müsahibə

32 illik müəllimlik karyerasını biznesinə görə tərk edir – Brendi ilə xaricdə də tanınan 61 yaşlı biznes xanımı - Müsahibə

Azərbaycan nefti ucuzlaşıb

Brendin "səsi"ni xarici dilə necə çevirməli?

Valyuta böhranı - Xüsusiyyətləri və təsirləri

Türk lirəsi manata qarşı ucuzlaşdı

Bu şirkətin vergi borcu 40 mini ötüb

Musiqi Kollecinə məxsus əmlak hərraca çıxarılır

"Bitcoin" 105 min dollara düşdü

Qazancınızı artıra biləcəyiniz 8 üsul – “Yox” deməyi bacarın - SƏHƏR OXUSU

Tarixin ən böyük təyyarəsi gəlir - "WindRunner"

"Apple" "iPhone"u niyə ABŞ-da istehsal etmir?

"AzToyuq"da vergi yoxlaması: Pozuntular aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin