BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1054
  • TRY
    0.044
  • GBP
    2.2665
68180

Azərbaycan Respublikasının Ali Məhkəməsi işəgötürən tərəfindən işçinin ərizəsində göstərilmiş xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsinin hüquqi nəticələrinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. 

Valyuta.az bildirir ki,  işin hallarına görə, işçi 06.02.2024-cü il tarixli ərizə ilə işəgötürənə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə 1 ay sonra yəni, 06.03.2024-cü il tarixdən xitam verilməsini xahiş edib. İşəgötürən isə həmin müddəti gözləmədən 3 gün sonra 09.02.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verib. İddiaçı xəbərdarlıq müddətinin gözlənilmədiyinə istinad edərək, işdən azad olunması barədə əmrin ləğv olunması və işinə bərpa olunması barədə iddia qaldırıb. İşə baxan birinci və apelyasiya instansiya məhkəmələri əmri qanunsuz hesab etməklə, işçinin işə bərpa olunması qənaətinə gəliblər. Bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

Ali Məhkəmənin Mülki kollegiyası işə baxaraq qeyd edib ki, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını tənzimləyən 69-cu maddəsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmçinin bir qayda olaraq işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 

Baxılan işdə iddiaçı işəgötürənə yazdığı ərizəsində onunla bağlanmış əmək müqaviləsinə bir ay sonra xitam verilməsini xahiş edib. Bu halda işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün bir aylıq xəbərdarlıq müddətini gözləməli, bu müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verməli idi. Lakin işəgötürən xəbərdarlıq müddətini gözləməyib, iddiaçının barəsində intizam tənbehi verilməsi barədə əmrin olmasını əsas tutaraq, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinə xitam verib. Bu hal (xəbərdarlıq müddətinin bitməməsi) əmrin ləğvinə əsasdır və məhkəmə əmri ləğv etməkdə haqlı olub. Bu baxımdan işə mahiyyəti üzrə baxmış məhkəmələr əmri ləğv etməkdə haqlı olsalar da, iddiaçının daimi olaraq işə bərpa olunması hissəsində düzgün olmayan qənaətə gəliblər. 

Belə ki, iddiaçı öz iradəsinə uyğun olaraq 06.03.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini tələb etmiş və məhkəmələr tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə müvafiq olaraq bu müddət bitənədək ərizəsini geri götürməsi və ya onun etibarsız hesab edilməsi barədə işəgötürənə yeni ərizə verməsi halı müəyyən olunmayıb.

Belə olan halda bu tarixdən sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmırdı və işəgötürən ona xəbərdarlıq müddəti bitənədək olan dövr üçün əmək haqqı ödəmək vəzifəsi daşıyır. Ona görə də iddiaçı işdən azad olunma barədə əmrin verildiyi tarixdən xəbərdarlıq müddətinin bitdiyi tarixədək işə bərpa edilmiş hesab edilməli və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznes qurmaq istəyənlərin bilməli olduğu 7 qayda - SƏHƏR OXUSU

Süni intellekt bəzən niyə "məntiqsiz" cavablar verir? Üzərinə çox getdikdə niyə "həddindən artıq tərif" yağdırır?

Süni intellekt bəzən niyə "məntiqsiz" cavablar verir? Üzərinə çox getdikdə niyə "həddindən artıq tərif" yağdırır?

Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq?

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır

AMEA-nın həyətində yeni çayxana - Ekspertlər narazıdır, Akademiya susur

Yaponlar indi də çamurdan ət hazırlayacaq

Kartda pul saxlamaq artıq risklidir

Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI

Bu hərbçilərə ev verildi - Foto

Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ

Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ

Meksika hökuməti "Google" şirkətini məhkəməyə verib

İcra başçısı şöbə müdirini özünə BİRİNCİ MÜAVİN təyin etdi

Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? (VİDEO)

9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir

"WhatsApp" mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb

Nadir brilyant hərraca çıxarılacaq

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda nə qədər qiymət fərqi var? (VİDEO)

Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? (VİDEO)

Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? (VİDEO)

Azərbaycan nefti bahalaşmaqda davam edir

"Bitcoin" 103 min dollara çatdı - Kriptovalyutalar dəyərlənir

Səhvlərindən dərs almaq və uğur qazanmaq istəyən insanlara:“Uğursuzluq yolun sonu deyil” - SƏHƏR OXUSU

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?

Azərbaycanda qiyabi təhsil ləğv olunacaq?

"Pul insanı xoşbəxt etmir" nağıllarına inanmayın

"Pul insanı xoşbəxt etmir" nağıllarına inanmayın

2025-ci ildə texnologiya sektorunda ixtisarlar davam edir: 22 min nəfər işsiz qaldı

Kameralı "AirPods"ları nə vaxt ala biləcəyik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin