BAKU Azərbaycan
32.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.128
  • TRY
    0.0435
  • GBP
    2.2849
68179

Müasir qlobal iqtisadiyyat sürətlə dəyişən və rəqabətli bir mühit yaratmaqla, ölkələrin dayanıqlı inkişafı və dünya bazarlarında mövqelərinin gücləndirilməsi üçün yeni tələblər irəli sürür. Azərbaycan da bu prosesdən kənarda qalmayaraq, son illər ərzində iqtisadi islahatlar aparmağa, biznes mühitini yaxşılaşdırmağa və qeyri-neft sektorunu inkişaf etdirməyə çalışır.

Bu istiqamətdə atılan mühüm addımlardan biri 2024-cü ildə qəbul edilmiş Rəqabət Məcəlləsi oldu. Məcəllə ölkədə azad və ədalətli rəqabət mühitinin formalaşdırılması, inhisarçılığın qarşısının alınması və sahibkarlığın dəstəklənməsi baxımından mühüm hüquqi baza kimi çıxış edir. Bununla belə, ölkənin rəqabət qabiliyyətinin artırılması üçün hələ də dərin və məqsədyönlü islahatlara ehtiyac duyulan sahələr mövcuddur. Bəs Azərbaycanda rəqabət qabiliyyətini artırmaq üçün hansı sektorlarda islahatlar daha təcilidir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, əslində bütün iqtisadi sahələrdə rəqabətin artırılıması özü bir şərt kimi olmalıdır, daha sonra hansı sahələrdə buna daha çox ehtiyacı olduğu üzə çıxacaq: “Ümumilikdə, bütün sektorlar üçün rəqabətli mühit eyni oyun qaydalarına əsaslanmalıdır. Bundan sonra insanların bacarığı, ölkənin iqtisadi durumu, coğrafi şəraiti və s. kimi bəzi məsələlər üstünlük qazanaraq, həm rəqabəti artıra biləcək, həm də fəaliyyətlərin çox olmasına səbəb olacaq”.

İqtisadçının sözlərinə görə, ilk addım kimi ümumilikdə ölkədə rəqabətli mühitin artırılması üçün qanunvericilikdə dəyişikliklər, vergi, gömrük islahatları ilə başlamaq lazımdır: “Ciddi vətəndaş və biznes strukturlarının, kiçik, orta sahibkarların nəzarət mexanizmləri yaradılmalıdır. Problemlərin tez və sürətlə həlli üçün bizneslə hökumət arasında dialoq artırılmalıdır.

Bütün bunlar olduqda sonra görəcəyik ki, Azərbaycanda müxtəlif sahələrdə rəqabətli mühit nəticəsində həm qiyməti, həm keyfiyyəti vətəndaşları məmnun edəcək səviyyəyə çatdırmaq mümkün ola bilər. Bu rəqabətli mühit aqrar sektorda, turizmdə, tikinti, xarici ticari əlaqələrdə ola bilər. Azərbaycanda bir çox sahələr var ki, rəqabətin üstünlükləri var. Ağır sənayedə və dəqiq istehsal sahələrində bu mühit gec yaranır. Çünki çoxlu investisiya, texnologiyalar, mütəxəssislər lazımdır. Rəqabət bu sahələrdə özünü gec biruzə verir. Amma kiçik və orta sahibkarlıqda rəqabətli mühitin yaradılması daha effektiv və daha tez həyata keçirilməsi mümkün olan məsələdir”.

“Kiçik və orta sahibkarlara hökumət tərəfindən nəzarət mexanizmi necə həyata keçirilməlidir” sualına cavab olaraq Natiq Cəfərli bildirib ki, bizdə kiçik və orta sahibkarların birlikləri, assosisasiyaları mövcuddur. Lakin çox təəssüf ki, bunlar formaldır: “Dövlətlə onlar arasında bir ciddi bağ yoxdur. Daha yaxşı olardı ki, hökumət orqanları ilə kiçik və orta sahibkarların arasında ciddi münasibətlər formalaşsın. Həmin assosiasiyaların nəzarət etmə funksiyaları yaransın. Məsələn, kiçik və orta sahibkar təşkilatları özlərinin apardıqları monitorinqlər nəticəsində hansısa bir problemi, qanun pozuntusunu aşkar edib, hökumətlə dioloqa girə bilsin, problemin həllində hökumətin əlində ola resursların istifadəsinə nail olsunlar. Bu da biznes çevrələri tərəfindən vəziyyətə nəzarət mexanizmlərinin yaradılmasına səbəb ola bilər”.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bazarda bəzi məhsulların qiyməti azaldı - Ucuzlaşma davamlı olacaq?

MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? -AÇIQLAMA

Yeni işə başlayanlar və iş yerini dəyişdirənlər bunları mütləq bilməlidir

“WhatsApp” sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

Birinin qanlı əlcəyi, digərinin dişi satıldı – Məşhurların qeyri-adi hərrac əşyaları

Varlıların həyat dəyişdirən sirrləri

"Base Construction"nın 100 mindən çox borcu var

"Base Construction"nın 100 mindən çox borcu var

Bakıda özəl obyekt sahibindən xəbərsiz sökülüb? - Açıqlama - Video

“Hesabınız dondurulub, müdaxilə var”- DİN-dən vətəndaşlara xəbərdarlıq

Qramı 512 manat olan balın süfrəyə gəlişi -"Mad honey"

MİDA-nın yarım milyonluq tenderi baş tutmadı

Neftimizin qiyməti ucuzlaşıb

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

ABŞ-ın maliyyə naziri: "Çinlə danışıqlar dalana dirənib"

4 yaşında limonad satışı ilə başlayan uğur hekayəsi - SƏHƏR OXUSU

Dividendin hüquqi və maliyyə əsasları – Kimlərə verilir?

"Sebasten İnşaat"ın rəhbərinə “stop” qoyula bilər

Dünyanın ən kiçik, lakin bahalı restoranı: "Solo Per Due"

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

"Samsung Galaxy Z Flip 7"nin sızan test nəticələri məyus etdi

Türk iş adamına məxsus şirkətin xeyli miqdarda vergi borcu üzə çıxdı

Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?

Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

“Azeri Med” MOM-un daha bir iri məbləğli tenderinin qalibi oldu

ABŞ tarifləri şirkətlərin 34 milyard dollar itirməsinə səbəb olub

Bir damla qanla milyardlarla dollar - "The Inventor" fırıldağının hekayəsi

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Bakının bu küçəsi yenilənir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin