
08.04.2025 / 16:18
ABB əməkdaşlarının futbol oyununa 25 min manat xərcləyəcək
68176
Azərbaycan Beynəlxalq Bankı (ABB) əməkdaşlarının idman fəaliyyətini dəstəkləmək məqsədilə maraqlı bir addım atıb. Bank bu məqsədlə futbol meydançasının icarəsi üçün tender keçirib və qalib şirkət müəyyən olunub.
Valyuta.az xəbər verir ki, tenderin nəticələrinə əsasən, ABB bu xidməti “Azfar Trans” QSC-dən alacaq.
Müqaviləyə görə, bank əməkdaşlarının futbol oynaya bilməsi üçün nəzərdə tutulan meydança təxminən 11 aylıq müddətə icarəyə götürüləcək. Bu xidmətin ABB-yə ümumi dəyəri 25 min manat təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay