
"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir
Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2025-ci ilin yanvar-fevral aylarında azalmaqda davam edib.
Valyuta.az xəbər verir ki, sığorta şirkəti bu ilin illk iki ayında 2,97 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 7% və ya 228 min manat azdır. 2024-cü ilin eyni dövründə şirkət 3,2 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların azalması ilə paralel sığorta şirkəti müştərilərinə daha az ödəniş verməyə başlayıb.
Belə ki, "A-Qroup Sığorta"nın ödənişləri ilk iki ayda 26% və ya 576 min manat civarında azalaraq 1,65 milyon manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 2,23 milyon manat təşkil edib.
Şirkətin zərərliliyi isə 70%-dən 56%-ə enib. Yəni, şirkət ötən ilin yanvar-fevral aylarında topladığı sığorta haqqının hər 100 manatından 70 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 56 manata kimi azalıb.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.
NARA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay